Reading view

Mərkəzi oyuna maraqlı təyinat – Qurbanov bu mövsüm nə edib?

Premyer Liqanın XXII turunun “Qarabağ” – “Sabah” oyununu FIFA rereferisi Tural Qurbanov idarə edəcək. Mövsümün ən kritik oyunlarından hesab olunan görüşə Əliyar Ağayev, Elçin Məsiyev kimi beynəlxalq təcrübəsi daha çox olan hakimlərin əvəzinə yeni FIFA referisi statusu alan Qurbanovun təyinatı maraqla qarşılandı.

Tural Qurbanov bu mövsüm çempionatda idarə etdiyi oyun sayına görə, hakimlər arasında 7-cidir. Referi cari futbol ilində 10 matçda iş başında olub.

Qurbanov bu mövsüm “Sabah”ın 4, “Qarabağ”ın isə 1 oyununda baş hakim olub. “Sabah” bu görüşlərin hamısında qələbə qazanıb. Referinin idarə etdiyi “Qarabağ”ın yeganə matçı “Şamaxı”ya qarşı olub və matçda qalib müəyyənləşməyib.

Qurbanov ümumiyyətlə bu mövsüm 10 oyunda 43 sarı, 1 qırmızı vərəqə verib. Referi 5 dəfə də penalti təyin edib.

Martın 1-də keçiriləcək “Qarabağ” – “Sabah” oyununa saat 19:00-da start veriləcək. “Sabah” 21 oyundan sonra 52 xalla birinci sıradadır. Ehtiyatda bir matçı olan “Qarabağ” isə 45 xalla ikincidir. “Bayquşlar” bu matçda qələbə qazanacağı halda, tarixinin ilk çempionluğu yolunda mühüm addım atmış olacaq.

Şahin Cəfərov

❌