Reading view

Qurban Qurbanov: “Bu gün bizim günümüz deyildi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Ağdam təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azər Bağırovun komandasını təbrik edirəm. İstəkli idilər, çox yaxşı qələbə qazandılar. Bizə azarkeşlik edən xeyli insan var idi. Onlara təşəkkür edirəm. Məğlub olduq. Futboldur, belə hallar olur.

Futbolçular istəkli idilər, pis hazırlaşmamışdıq. Oyunda yaxşı temp var idi. Xeyli qol epizodumuz oldu. Onları dəyərləndirə bilmədik. Rəqibin isə bir epizodu qolla nəticələndi. Bu gün bizim günümüz deyildi.

Süni örtüklü meydança ilə təbii örtüklü meydança eyni deyil. Yevlax şəhər stadionu bəzi meydançalardan pis deyil.

Biz qətiyyən rahat, arxayın deyilik. “Kəpəz”lə əvvəlki oyunda komanda bir az yorğun idi. Bu matça çox yaxşı hazırlaşmışdıq. Biz də istəkli idik, onlar da. Futbolçularıma deyiləcək bir söz yoxdur. Çox güc sərf etdilər, qalib gəlmək istəyirdilər”.

Qurban Qurbanov mübahisəli penalti epizodu barədə də danışıb:

“Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da deyəsən Rauf Cabbarov idi. Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi. Epizodun təkrarına baxdım. Penalti olduğunu düşünürəm. Kamilo Durandan da soruşdum, dedi ki, ayağıma dəymişdi. Orada penalti yoxdursa, heç nə… Görək də nə deyəcəklər? Rauf Cabbarov da sağ olsun.

Rəhim Həsənov da hakimin qərarını təsdiqləyəcək. Ona görə də çox da üzərinə getmək lazım deyil.

Çempionluq uğrunda mübarizəyə mütləq davam edəcəyik. Hər oyunda azarkeşlərimizə qələbə bəxş etmək istəyirik. Çempionluq elə bir şeydir ki, tək qələbə qazanmaqla deyil, başqa komandaların xal itirməsi də sənə üstünlük verir. Bizim xal itkilərimiz “Sabah”a böyük üstünlük verib. Onların bu qədər xal itirəcəyi çətin görünür. Çox yaxşı oyun sistemi qurublar. Hər bir halda sona qədər yaxşı oyun və yaxşı nəticə üçün meydana çıxacağıq”.

Qurban Qurbanov: “Sabah”ın bundan sonra bu qədər xal itirməsi çətin görünür”

Misli Premyer Liqasının XXV turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Kəpəz” çox yaxşı qalibiyyət əldə etdi. Meydanda yaxşı atmosfer var idi. Futboldur, belə nəticələr olur. Məğlub olduq, deyiləcək çox söz yoxdur.

– Məğlubiyyətə səbəb nə oldu?
– Pis hazırlaşmamışdıq. Futbolçular da istəkli idi. Xeyli sayda epizodlarımız oldu. Rəqibin bir epizou qolla nəticələndi. Günümüz deyildi.

– Quba stadionundan sonra ən çox narazılıq yaradan arena Yevlax stadionudur. Meydança amili nə dərəcə təsir etdi?
– İndi meydançanı səbəb gətirmək düzgün deyil. Ümumi götürəndə süni örtüklüdür. Amma pis deyildi.

– Bu mövsüm ikinci dəfə “Kəpəz”ə uduzdunuz. Rəqib sizə qarşı xüsusi motivasiya ilə çıxır?
– Ola bilər, birinci oyunda komandada yorğunluq var idi. İstədiyimiz oyunu oynaya bilməmişdik. Bu gün çox yaxşı hazırlaşmışdıq. İki tərəf də istəkli idi. Epizodlarımızdan istifadə edə bilmədik.

– Təyin olunmayan penalti ilə bağlı fikirləriniz?
– Narazılıq edəndə çox böyüyür. Meydandakı hakim görmədi, VAR 3-4 dəfə baxdı, görmədi…

– Siz baxdınız?
– Məncə, penalti idi. Kamilodan da soruşdum ki, ayağına dəyişmişdi, dedi, hə. Penalti yoxdursa, görək nə deyəcəklər. Rauf Cabarov da sağ olsun.

– Hakimlər Komitəsinin sədri qərarları təsdiqləyir…
– Təsdiqləyər də… Nəsə demək olmaz.

– Qarşıda 9 oyun var. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?
– Mübarizəmizi davam etdirəcəyik. Hər oyuna qələbə üçün çıxırıq. Azarkeşlərimizə hər matçda qalibiyyət vermək istəyirik. Azarkeşlərimiz qələbə, bol qollu oyun üçün gəlirlər. Hər oyuna belə çıxacağıq. Çempionluq titulu elədir ki, bəzən sənin qazanmağından sonra rəqibin xal itirməyi həlledici olur. “Sabah”ın bundan sonra bu qədər xal itirməsi çətin görünür. Yaxşı formadadırlar. Sona kimi mübarizə aparacağıq.

– Şahruddin milliyə dəvət alıb. Onun oyun forması necədir? 
– Texniki məşqlər edir. Tam hazır deyil. Amma oyun məşqlərində iştirak etmir. Qarşıdakı fasilədə komandaya qoşulmalıdır.

– Gənclərə nə üçün şans vermirsiniz?
– İndi elə perioddayıq ki, komandanın formasını qaytarmalıyıq. Ona görə bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik. Qarşıdakı matçlarda gənclərə də şans ola bilər.

Şahin Cəfərov

Qurban Qurbanov: “Onun qarşısını kəsməyə ehtiyac görmədik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, yaxşı dinamika var idi. Bizim üçün vacib oyun idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil etmiş kollektiv var idi. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram.

Avrokubok oyunları olmayanda daha sərbəst oluruq. Amma hələ optimal formamızdan uzağıq. Tam özümüzə gəlməmişik. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Komanda az-çox yorulur. Futbolçular Çempionlar Liqasında hər oyunda çox enerji itirirdilər. Gərgin mövsüm keçdi. Hər matçdan öncə məsuliyyət, stress… Futbolçular çox yükləndilər. Hətta özüm də. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəklər. Qarşıda yenə sıx qrafik olacaq. 3-4 gündən bir oynayacağıq. Xeyirlisi. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək və sıx qrafikə uyğunlaşsınlar.

Kubok və çempionat oyunlarını ardıcıl eyni komandaya qarşı keçirmək xoş deyil. Bəzən azarkeşlər üçün də bir rəqiblə oynayıb, sonra pauza edib yenidən onlarla oynamaq yaxşıdır. Yəqin qrafik sıxdır deyə, belə olub. Hər iki komanda üçün eyni vəziyyət olacaq. Mən də istəyərdim ki, bir rəqiblə oynadıqdan sonra vaxt olsun, hazırlaşaq”.

Qurban Qurbanov Kris Kuakunun Norveçin “Sarpsborq” klubuna keçidinə də şərh verib:

“Kuaku intizamlı futbolçu idi. Daha çox oynamaq istəyirdi. Amma burada az oynayırdı. Məşqçi olaraq onu başa düşərək, bu keçidə “yox” demədim. Onda da alınmadı, bizdə də. Bundan sonra oyunlarımızın sayı az olacaq. Bu üzdən də onun qarşısını kəsməyə ehtiyac görmədik.

Qurban Qurbanov “Sabah”ı daha şanslı sayır

Qurbanov “Sabah”la çempionluq mübarizəsindən də söhbət açıb:

“Sabah” hazırda çox yaxşı vəziyyətdədir. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var. Üstünlük onların tərəfinddədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir. İndiki “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Stadionun durumu bizimlə oyundan daha yaxşı idi. Nə qədər futbolçu zədədən qurtuldu orada”.

❌