Reading view

FIFA referisi liderlərin duelində

Misli Premyer Liqasının XXVIII turun lider “Sabah” səfərdə ən yaxın izləyicisi “Qarabağ”la qarşılaşacaq.

Görüş çempionatda sona 6 tur qalmış qızıl medallar uğrunda mübarizədə həlledici rol daşıyır.

Matçın baş hakimi isə FIFA referisi Elçin Məsiyev olacaq.

Məsiyev bu mövsüm çempionatda 12 oyuna təyinat alıb. O, ötən ilin dekabrında Masazırda baş tutan “Sabah” – “Qarabağ” oyununun da hakimi olub. Bu matçda “bayquşlar” qələbəyə sevinib – 2:1.

Məsiyev bundan başqa, bu mövsüm “Sabah”ın 1, “Qarabağ”ın isə 3 oyununa təyinat alıb. Tərəflər FIFA referisinin idarə etdiyi digər görüşləri qələbə ilə başa vurub.

Elçin Məsiyev ümumilikdə 12 matçda 50 sarı vərəqə, 2 qırmızı vərəqə göstərib. Referi 7 dəfə penalti təyin edib.

“Sabah” Premyer Liqada 66 xalla birincidir. Ehtiyatda bir oyunu olan “Qarabağ”ın isə aktivində 56 xal var.

Şahin Cəfərov

❌