Reading view

“Nant” da “Mets”in aqibətini yaşadı

Futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Nant” komandası 2026/2027-ci illər mövsümünü Liqa 2-də keçirəcək.

Arena.az xəbər verir ki, ötən gecə keçirilmiş bir oyundan sonra Liqa 1-i tərk edəcək ikinci komandanın adına aydınlıq gəlib.

“Nant” çempionatın 33-cü turunda “Lans”a 0:1 hesabı ilə uduzub. Bununla da sözügedən komandanın elitanı tərk edəcəyi dəqiqləşib. Bu kollektiv hazırda mövsümün bitməsinə 1 tur qalmış 23 xalla 17-cidir. Erik Blahiçin komandası 16-cı pillədəki “Oser”dən 5 xal geri qalır.

Xatırladaq ki, daha əvvəl “Mets”in Liqa 1-i tərk edəcəyi dəqiqləşmişdi. Sözügedən komanda 16 xalla sonuncudur. Elitanı tərk edəcək üçüncü kollektiv isə böyük ehtimalla “Oser” olacaq.

Yeri gəlmişkən, Fransa Liqa 1-də 67 xalla 2-ci pilləni təmin etmiş “Lans” növbəti mövsümdə UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak edəcək. “Qan-qızılılar” həmçinin ölkə çempionluğuna nəzəri imkanlarını saxlayırlar.

Xatırladaq ki, “Lans” Avropanın ən mötəbər klub yarışında sonuncu dəfə 2023/2024-cü illər mövsümündə çıxış edib.

“Lans” çempionluq yolunda PSJ-ni “təqib” edir

Fransa Liqa 1-in 33-cü turu çərçivəsində “Lans” “Nant”ı qəbul edib.

Futbolpress.az xəbər verir ki, oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb (1:0).

“Lans”ın yeganə qolunu 79-cu dəqiqədə yarımmüdafiəçi Mezian Soareş vurub.

Hazırda 32 oyundan sonra “Lans” 67 xalla ikinci pillədə yer alıb. 1 oyun az keçirən PSJ isə 70 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 23 xalı olan “Nant” 17-ci yerdə qərarlaşıb.

❌