Reading view

Ohori: “Liqada qaldığımız üçün çox xoşbəxtik”

“Kəpəz” Misli Premyer Liqasında yerini təmin edib. XXXI turda “Sabah”a qalib gələn “sarı-göylər”in elitada qalacağı dəqiqləşib.

Komandanın yaponiyalı futbolçusu Ryonosuke Ohori “Futbolpress.az“a açıqlamasında mövsümü dəyərləndirdi:

“Liqada qaldığımız üçün çox xoşbəxtik. Çünki mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəfə çatdıq. Hər kəs bu yolda mübarizə apardı, əziyyət çəkdi. Komanda yoldaşlarıma da təşəkkür edirəm. Bəzi anlarda məğlubiyyətlər yaşadıq, amma toparlandıq və hədəfimizə nail olduq”.

Ohori icarə əsasında “Kəpəz”də çıxış edir. O, müqavilə ilə “Neftçi”yə məxsusdur. Yarımmüdafiəçi klubdakı taleyi ilə bağlı hələ qərar vermədiyini dedi:

“Hazırda bütün diqqətim mövsümü ən yaxşı şəkildə başa vurmağa yönəlib. Hələ qərar verməmişəm, qarşıda iki oyun var. Sonra vəziyyətin necə olacağını görəcəyik”.

Şahin Cəfərov

❌