Fransalı futbolçu Mərakeşlə oyunu buraxa bilər
6 July 2026 at 14:52
Fransa millisinin futbolçusu Orelyen Çuameni DÇ-2026-da 1/4 finalda Mərakeşlə oyunu buraxa bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Yarımmüdafiəçi zədəsini tam sağaltmayıb və onun 1/4 finalda iştirakı sual altındadır. Çuameninin durumu oyun günü məlum olacaq.
Fransa – Mərakeş matçı iyulun 9-da keçiriləcək.