Normal view

Yesterday — 11 February 2026Main stream

“Qarabağ” dünya reytinqində 9 pillə irəlilədi

11 February 2026 at 16:30

Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” futbol klublarının dünya reytinqindəki mövqeləri bəlli olub.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

İFFHS-in cədvəlində planetin 502 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib.

Hazırda 200 xalı olan “Qarabağ” yeni siyahıda 9 pillə irəliləyib. Azərbaycan çempionu 69-cu sıradan 60-cı yerə yüksəlib.

Digər klublarımızdan “Sabah” (96 xal) 224-cü yerdən 211-ə qalxıb. “Zirə” (63 xal) 389-cu mövqedən 418-ə, “Araz-Naxçıvan” (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.

Dünya reytinqinə 595 xalı olan Fransa çempionu PSJ rəhbərlik edir. İngiltərənin “Çelsi” klubu 496 xalla ikinci pillədə qərarlaşıb. Almaniyanın “Bayern” komandası 457 xalla ilk üçlüyü qapayır.

Reytinq siyahısının ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. PSJ (Fransa) – 595 xal
  2. Çelsi (İngiltərə) – 496 xal
  3. Bayern (Almaniya) – 457 xal
  4. Real (Madrid, İspaniya) – 451 xal
  5. İnter (Milan, İtaliya) – 439 xal
  6. Barselona (İspaniya) – 438 xal
  7. Flamenqo (Braziliya) – 424 xal
  8. Arsenal (İngiltərə) – 401 xal
  9. Palmeyras (Braziliya) – 387 xal
  10. Borussiya (Dortmund, Almaniya) – 382 xal
❌
❌