Ərəblər “Liverpul”un sabiq baş məşqçisi “göz dikib”
15 December 2025 at 11:26
“Liverpul”un sabiq baş məşqçisi Brendan Rocers Səudiyyə Ərəbistanıda çalışa bilər.
Futbolpress.az xəbər verir ki, “Əl Qadsiya” klubu komandanın sükanı arxasında mütəxəssisi gətirmək istəyir. Bu barədə “aawsat.com” saytı məlumat yayıb.
Rocersin son ünvanı “Seltik” olub. O, bu ilin oktyabrından işsizdir. 52 yaşlı mütəxəssis daha əvvəl “Lester” və “Liverpul”da çalışıb.