Normal view

Before yesterdayMain stream

Aaron Maluda “Sabah”ın tarixinə düşdü

20 October 2025 at 20:00

“Sabah”ın futbolçusu Aaron Maluda Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”yə qol vurmaqla paytaxt klubunun tarixinə düşüb.

Arena.az bu barədə “Sabah”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Oyunun 45+2-ci dəqiqəsində fərqlənmiş hücumçu “bayquşlar”ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub. O, rəqib komandanın qapısının torunu silkələməklə həmçinin “Sabah”dakı qol hesabını açıb.

“Sabah” – “Zirə” oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, müqavilə ilə Fransanın “Lill” klubuna məxsus olan cinah hücumçusu (sol vinger) “Sabah”da icarə əsasında çıxış edir. Paytaxt təmsilçisi gənc futbolçunu bu ilin yayında Fransa klubundan bir illik icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Aaron Maluda Fransanın “Olimpik” (Lion) klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Olimpik” (Nim) klublarının ikinci və əsas komandalarında oynayıb. Vinger Fransanın U-19 millisinin də üzvü olub.

Onu da qeyd edək ki, Aaron Fransa yığmasının və İngiltərənin “Çelsi” klubunun veteran futbolçusu, ötənlərin tanınmış siması Floran Maludanın oğludur.

The post Aaron Maluda “Sabah”ın tarixinə düşdü appeared first on ARENA.AZ.

❌
❌