Normal view

Yesterday — 3 February 2026Main stream

Ademola Lukman və Obed Varqas “Atletiko”da! – Rəsmi

3 February 2026 at 09:00

İtaliyanın “Atalanta” klubunun nigeriyalı hücumçusu Ademola Lukman bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı nigeriyalı futbolçu ilə 2030-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb. Sözügedən keçid Madrid kollektivinə 35 milyon avroya başa gəlib.

Ademola Lukman “Çarlton”un məzunudur. Hücumçu, karyerası ərzində “Everton”, “Leypsiq”, “Fulhem” və “Lester Siti”də də oynayıb.

“Atalanta” Lukmanı 2022-ci ilin avqust ayında 9,35 milyon avro məbləğ müqabilində “Leypsiq”dən heyətinə qatmışdı. Nigeriyalı hücumçunun Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2027-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Lukman “Atalanta”nın heyətində 137 oyuna çıxıb, 55 qol vurub, 27 məhsuldar ötürmə verib.

Ademola Lukman 2022-ci ilin mart ayında debüt etdiyi Nigeriya yığmasının heyətində 41 oyuna 11 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib. Nigeriya yığmasında debütə qədər Lukman İngiltərənin U-19, U-20 və U-21 yığmalarında çıxış edib.

Nigeriyalı hücumçunun qənimətlər muzeyində ilk klub qəniməti məhz 2023/2024-cü illər mövsümü Avropa Liqasının kubokudur. Həmçinin Lukman İngiltərənin U-20 yığması ilə Dünya Kubokunun (2017) qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı nigeriyalı hücumçunun transfer qiymətini 35 milyon avro məbləğində qiymətləndirir.

“Atletiko” Obed Varqası da heyətinə qatdı

“Atletiko” ABŞ klubu “Sietl”dan mərkəz yarımmüdafiəçisi Obed Varqası da transfer edib. İspaniya klubu bu keçid üçün 3 milyon avro ödəyib. O da Madrid təmsilçisi ilə 2030-cu ilin 30 iyununadək anlaşıb.

Alyaskada dünyaya gəlmiş, “Takoma Defianse”nin yetirməsi olan Obed Varqas 2021-ci ildən formasını geyindiyi “Sietl” komandasının heyətində 130 oyun keçirib, 8 qol və 10 assist müəllifi olub.

Varqas vaxtilə Amerika Birləşmiş Ştatlarının U-20 və U-23 yığmalarında oynamış Varqas 2024-cü ildə Meksika millisində çıxış etməyə qərar verib. O, Meksika yığmasının heyətində 3 oyun keçirib.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer qiymətini 8 milyon avro məbləğində qiymətləndirir.

“Atletiko” Lukmanın transferini rəsmiləşdirdi

3 February 2026 at 01:00

“Atletiko” “Atalanata”nın hücumçusu Ademola Lukmanı transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı nigeriyalı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. Sözügedən keçid Madrid kollektivinə 35 milyon avroya başa gəlib.

Lukman 2022-ci ildən “Atalanta”da çıxış edirdi. O, bu komandanın heyətində 137 oyun keçirib, 55 qol vurub və 27 məhsuldar ötürmə edib.

The post “Atletiko” Lukmanın transferini rəsmiləşdirdi appeared first on Komanda.az.

Before yesterdayMain stream

Simeone Lukmanı “Atletiko”ya keçməyə razı salıb

1 February 2026 at 15:29

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone hücumçu Ademola Lukmanın “Atalanta”dan transferində əsas rol oynayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu argentinalı mütəxəssisin birbaşa müdaxiləsindən sonra “Atletiko”ya keçmək qərarına gəlib. Oyunçu üçün şərtlər razılaşdırılıb və bu barədə şənbə günü məlumat verilib. Müqavilənin 40 milyon avroya başa gələcəyi gözlənilir.

Daha əvvəl Türkiyənin “Fənərbaxça” klubu forvardın transferi üçün favorit hesab olunurdu.

Simeone isə bu yaxınlarda transferlərin onun işi olmadığını və klubun bu qış bir oyunçu də olsun transfer etməməsi halında şikayət etməyəcəyini bildirib.

The post Simeone Lukmanı “Atletiko”ya keçməyə razı salıb appeared first on Komanda.az.

❌
❌