Normal view

Before yesterdayMain stream

Taekvondo: Azərbaycanı DÇ-də 9 idmançı təmsil edəcək

20 October 2025 at 16:00

Oktyabrın 24–30-u aralığında Çinin Uşi şəhərində keçiriləcək taekvondo üzrə dünya çempionatında Azərbaycanı 9 idmançı təmsil edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kişilərdən ibarət yığmamızın heyətində bu idmançılar yer alıblar:

Bəhruz Quluzadə (54 kq)
Qaşım Maqomedov (58 kq)
Fuad Təhməzov (63 kq)
Riyad Şirəliyev (68 kq)
Cavad Ağayev (74 kq)
Taleh Süleymanov (80 kq)
Eltac Qafarov (87 kq)

Qadınlardan ibarət yığmamızdan isə cəmi 2 taekvondoçumuz dayanq üzərinə çıxacaq:

Minayə Əkbərova (46 kq)
Səmərrux Osmanova (49 kq)

Yığma qurumun icraçı vitse-prezidenti Hikmət Səmədov, vitse-prezident Niyaməddin Paşayev, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında yarışa yollanıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva yarışda Azərbaycanı ədalət təmsilçisi kimi təmsil edəcək.

The post Taekvondo: Azərbaycanı DÇ-də 9 idmançı təmsil edəcək appeared first on ARENA.AZ.

❌
❌