Normal view

Today — 31 October 2025Main stream

Almaniyalı futbolçu yola salınacaq – Yayda

31 October 2025 at 08:28

Dortmund “Borussiya”sının müdafiəçisi Niklas Süle mövsümün sonunda komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “arılar” 30 yaşlı futbolçu ilə müqaviləni yeniləməyi planlaşdırmırlar.

Əsas səbəblərdən biri Sülenin yaşı və sabit olmayan oyun formasıdır. Onunla Bundesliqa (Almaniya) və A Seriyası (İtaliya) klubları maraqlanır.

Almaniyalı futbolçu 2022-ci ildən “Borussiya”da çıxış edir. O, cari mövsümdə yalnız 3 oyunda iştirak edib. Onun klubla müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

The post Almaniyalı futbolçu yola salınacaq – Yayda appeared first on Komanda.az.

❌
❌