PSJ-ni sevindirən xəbər
Çempionlar Liqasının son çempionu PSJ titulunu qorumaq yolunda çıxacağı kritik “Liverpul” matçı öncəsi heyətini gücləndirib.
Futbolpress.az xəbər verir ki, təxminən bir aydır zədə səbəbindən meydanlardan uzaq qalan Bredli Barkola komandaya qoşulub.
“Çelsi” ilə matçda topuğundan ciddi zədə alan və həm klubun, həm də Fransa millisinin oyunlarını qaçıran 23 yaşlı ulduz artıq məşqlərə tam bərpa olunub. Luis Enrikenin oyun planında kilid rol oynayan Barkolanın “Enfild”də ilk 11-də başlaması gözlənilməsə də, oyunun gedişatında meydana daxil olma ehtimalı var.
Barkolanın qayıdışı sevinc yaratsa da, Paris təmsilçisi İngiltərəyə tam heyətlə yollanmayıb. Yarımmüdafiənin əsas simalarından olan Fabian Ruiz və gənc istedad Kventin Ndjantou zədə səbəbindən heyətdə yer almayıblar.
İlk matçda 2:0 hesablı üstünlük qazanan PSJ bu üstünlüyü qoruyaraq yarımfinala adlamağı hədəfləyir.