Normal view

Yesterday — 9 February 2026Main stream

Con Aryas “Vulverhempton”u tərk etdi – “Palmeyras”a görə

9 February 2026 at 10:00

İngiltərənin “Vulverhempton” klubunun kolumbiyalı sağ cinah hücumçusu Con Aryas bundan sonra “Palmeyras”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu Braziliya klubu ilə 2029-cu ilin sonuna qədər müqavilə imzalayıb.

Transferin məbləği 25 milyon avro təşkil edir. “Palmeyras” bu məbləği 4 il ərzində hissə-hissə ödəyəcək.

Xatırladaq ki, Kolumbiya millisinin üzvü ötən ilin yayında “Fluminense”dən “Vulverhempton”a 17 milyon avroya keçmişdi. O, İngiltərə Premyer Liqasının sonuncu pilləsində qərarlaşmış komandanın heyətində 26 matça çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Con Aryas “Patriotas Boyaka”nın məzunudur. Hücumçu, karyerası ərzində “Lyaneros” (icarə), “Amerika Kali”, “İndependyente Santa-Fe” və “Fluminense”də çıxış edib.

Aryas 2022-ci ilin iyun ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 34 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı kolumbiyalı sağ cinah hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

❌
❌