Fəridə Lütfəliyeva AÇ-nin 3 oyununa təyinat aldı
1 April 2026 at 17:00
Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, azərbaycanlı referi 19 yaşadək (U-19) qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun 3 oyununda fəaliyyət göstərəcək.
Fəridə Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi olacaq. O, aprelin 15-də keçiriləcək Kosovo – Litva görüşünün də ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, bu qrupun oyunları Litvanın Kaunas şəhərində təşkil ediləcək.