“Mançester Yunayted” transfer hazırlıqlarına başladı
”Mançester Yunayted” yay transfer pəncərəsi üçün planlarını işə salıb.”Qırmızı şeytanlar” heyəti gəncləşdirmək və orta xətti tamamilə yeniləmək niyyətindədir.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, klub rəhbərliyi yayda orta xəttə iki yeni oyunçu transfer etməyə hazırlaşır. Bu qərar komandadan bəzi əsas simaların ayrılacağı mənasına gəlir.
Kazemirodan sonra Manuel Uqarte də “Old Trafford”la vidalaşa bilər. Artıq son həftələrdə uruqvaylı yarımmüdafiəçinin gələcəyi ilə bağlı ilkin danışıqlar aparılıb. Yanvar ayında böyük ümidlərlə heyətə qatılan Uqarteyə Avropanın bir neçə klubunun maraq göstərdiyi və iyun ayında onun üçün qapıların açılacağı vurğulanır.
Komandada yeganə əsas fiqur isə Kobbi Meynu olacaq. “Mançester Yunayted” gənc ulduzla yeni və uzunmüddətli müqavilə imzalayaraq onu layihənin mərkəzində saxlamağı planlaşdırır.