Falkaodan sonra Duran
25 February 2026 at 12:50
“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya futbolunun tarixinə düşüb.
Futbolpress.az xəbər verir ki, forvard Çempionlar Liqasında bir mövsümdə beş qol vurmağı bacaran ikinci kolumbiyalı olub.
Daha əvvəl “Monako” və “Çelsi”də çıxış etmiş Radamel Falkao bunu bacarıb. Forvard 2016/17 mövsümündə ÇL-də 5 qol vurub.