Normal view

Yesterday — 16 June 2026Main stream

“Sumqayıt” türk mütəxəssislə vidalaşdı

16 June 2026 at 22:16

“Sumqayıt” Futbol Akademiyasının direktoru, almaniyalı mütəxəssis Hakan Sünalla növbəti mövsüm üçün əməkdaşlıq barəsində razılaşma əldə olunmayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün klub rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında baş tutan görüşdə ona “Sumqayıt”a göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma bu ayın sonunda başa çatacaq.

❌
❌