Normal view

Before yesterdayMain stream

Jeremi Qnali “Qarabağ”da!

2 February 2026 at 19:00

Kiprin AEK (Larnaka) klubunun cinah müdafiəçisi, fransalı futbolçu Jeremi Qnali bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəər verir.

Xəbərdə bildirilir ki, “Qarabağ” heyətinə yeni futbolçu qatıb. Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb. Sözügedən klubla fransalı futbolçu Jeremi Qnalinin “Qarabağ”a transferi ilə bağlı razılıq əldə olunub.

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində “Mets” (B), İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer edilmiş Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.

“Qarabağ” 450 min avroluq futbolçu ilə müqavilə bağlamağa yaxındır

2 February 2026 at 15:10

“Qarabağ”ın transfer etməyə yaxın olduğu Jeremi Qnali ilə bağlayacağı müqavilənin müddəti məlum olub.

Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmış Ağdam klubu fransalı legionerlə iki illik anlaşıb. Anlaşmaya görə, müqavilə sonradan daha bir il uzadıla bilər. O. artıq Azərbaycana gəlib və bu gün tibbi baxışdan keçəcəyi ehtimal olunur.

Qnali 2024-cü ildən “AEK Larnaka”da çıxış edir. Sol cinah müdafiəçisi və vinger kimi də oynaya bilən Qnalinin klubu ilə yayadək müqaviləsi var.  Bu da “Qarabağ”ın işini asanlaşdıra bilər. Bu səbəbdən, Azərbaycan çempionunun təklif edəcəyi məbləğin kiprliləri razı salacağı gözlənilir.

Əslən Konqodan olan futbolçu Fransa vətəndaşıdır. Onun “transfermarkt”da bazar dəyəri 450 min avro göstərilib.

The post “Qarabağ” 450 min avroluq futbolçu ilə müqavilə bağlamağa yaxındır appeared first on Komanda.az.

❌
❌