Normal view

Yesterday — 31 October 2025Main stream

“Barselona” üçün “Kamp Nou” həsrətinə son

31 October 2025 at 16:30

Futbol üzrə İspaniya çempionu “Barselona” noyabrın ilk həftəsindən etibarən “blauqrana”nın doğma stadionu “Kamp Nou”ya qayıdacaq. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belə ki, noyabrın 7-də bu arenada futbolçuların açıq məşqi baş tutacaq. Hazırlıq prosesini təxminən 23 min tamaşaçının izləyəcəyi gözlənilir.

Source

“Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt məlum oldu

31 October 2025 at 15:05

“Barselona” çoxdan gözlənilən “Kamp Nou” qayıdışına hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi noyabrın 7-də yenilənmiş arenada açıq məşq keçirməyi planlaşdırır.

Bu tədbir həm azarkeşlər üçün ilk ictimai məşq, həm də stadionun bütün sistemlərinin sınaqdan keçirilməsinə görə nəzərdə tutulub. Klub arenanın infrastrukturunu, eləcə də giriş-çıxış kimi təşkilati işləri yoxlayacaq.

Məşqi 23 min azarkeş izləyə biləcək. Tamaşaçılar yalnız əsas tribunada və stadionun cənub hissəsində yerləşdiriləcək.

Bundan əvvəl şəhər şurası “Barselona”ya “Kamp Nou”da 27 min tamaşaçı ilə oyun keçirməyə icazə vermişdi. Ancaq klub ən azı 47 min azarkeşin stadiona buraxılacağı mərhələni gözləyir.

The post “Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt məlum oldu appeared first on Komanda.az.

❌
❌