“Qalatasaray”da yeni müqavilə hazırlığı
14 May 2026 at 18:26
“Qalatasaray” futbolçusu Mario Lemina ilə müqaviləni uzatmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu yarımmüdafiəçi ilə 1+1 illik anlaşma imzalayacaq. Leminanın məvacibi illik 3 milyon avro olacaq.
32 yaşlı futbolçu bu mövsüm 41 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.