“Yuventus”da Spaletti dövrü uzanır
”Yuventus” rəhbərliyi komandada “yenidənqurma” layihəsinin memarı hesab olunan Luçano Spaletti ilə yola davam etmək qərarına gəlib.
Futbolpress.az xəbər verir ki, ötən ilin oktyabrında İqor Tudoru əvəzləyən 67 yaşlı mütəxəssis qısa müddətdə “qoca sinyora”ya sabitlik gətirməyi bacarıb.
Çempionlar Liqası zonasına daxil olmaq üçün mübarizə aparan Turin təmsilçisi təcrübəli məşqçini yeni müqavilə ilə mükafatlandırmağa hazırlaşır.
İtaliya mətbuatının yaydığı məlumata görə, tərəflər 2028-ci ilin iyununa qədər qüvvədə olacaq yeni müqavilə üzərində razılığa gəliblər. Spalettinin hazırkı müqaviləsi 2026-cı ildə başa çatsa da, yeni razılaşma həm müddət, həm də maliyyə baxımından daha üstündür.
Onun yeni maaşı bonuslar da daxil olmaqla illik təxminən 5-6 milyon avro təşkil edəcək. Müddət isə 2028-ci ilin yayına qədər olacaq.
Məqsəd aprelin 11-də səfərdə keçiriləcək “Atalanta” matçından öncə rəsmi imzaları atmaq və komandanın diqqətini tamamilə oyuna yönəltməkdir.