Normal view

Today — 2 July 2026Main stream

Nikolas Cekson “Bayern”ə lazım olmadı – Rəsmi

2 July 2026 at 19:30

İngiltərənin “Çelsi” klubunun seneqallı mərkəz hücumçusu Nikolas Cekson icarə əsasında formasını geyindiyi Almaniya çempionu “Bayern”dən ayrılıb.

Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən xəbər verir.

Almaniya klubu seneqallı futbolçunun satınalma bəndini aktivləşdirməmək qərarına gəlib. Münhenlilər 64 milyon avroluq satınalma məbləğini həddindən artıq yüksək hesab ediblər. 25 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıdıb.

Nikolas Cekson 2025/2026 mövsümündə “Bayern”lə bütün turnirlərdə 34 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. O, Münhen klubu ilə Almaniya çempionu olub.

Xatırladaq ki, “Bayern” 25 yaşlı forvardı 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürmüşdü. Almaniya nəhəngi futbolçunun bir illik icarəsi üçün “Çelsi”yə 16,5 milyon avro ödəmişdi.

“Çelsi” Nikolas Ceksonu 2023-cü ilin yayında İspaniyanın “Vilyarreal” klubundan 37 milyon avro müqabilində heyətinə cəlb edib. Seneqallı forvard “zadəganlar”la 81 oyuna çıxıb, 30 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Onun London klubu ilə 2033-cü ilin 30 iyununadək müqaviləsi var.

Nikolas Cekson “Vilyarreal”ın yetirməsidir. O, bir ara “Mirandes”də icarədə də olub.

24 yaşlı futbolçu 2022-ci ilin noyabr ayında debüt etdiyi Seneqal yığmasında 37 oyun keçirib, 8 qol vurub, 7 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

❌
❌