“Neftçi”nin sabiq futbolçusu Özbəkistan klubunda
19 February 2026 at 14:25
“Neftçi”nin sabiq futbolçusu Aleks Fernandes karyerasını Özbəkistanda davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Novbahor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçunun məxsus olduğu Rusiya təmsilçisi “Baltika” Aleksi ilin sonuna kimi özbəklərə icarəyə verib.
23 yaşlı futbolçu 2025-ci ilin fevralından sonuna kimi “Neftçi”də icarədə olub. O, “ağ-qaralar”la 16 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.