Normal view

Yesterday — 31 October 2025Main stream

Pedro mövsümün sonunda klubundan ayrılacağını açıqladı

31 October 2025 at 16:11

İspaniyalı yarımmüdafiəçi Pedro mövsümün sonunda “Latsio”nu tərk edəcəyini açıqlayıb. O, 2021-ci ildən paytaxt təmsilçisində çıxış edir, daha əvvəl isə “Barselona”, “Çelsi” və “Roma” kimi klublarda da oynayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu həmişə komandaya kömək etməyə çalışdığını bildirib:

“Həmişə komandaya kömək etməyə çalışıram. Bu, şübhəsiz, “Latsio”dakı son mövsümüm olacaq, amma komandadan layiq olduğu yerdə – avrokuboklarda ayrılmaq istəyirəm. Böyümək və daha yüksək yerlər uğrunda mübarizə aparmaq şansımız var.

Neçə il daha oynayacağımı demək çətindir. Hər məşqdən maksimum yararlanmaq istəyirəm, amma hər keçən gün məni karyeramın sonuna bir addım da yaxınlaşdırır”.

Pedro bu açıqlaması ilə uzun və uğurlu karyerasının sonuna yaxınlaşdığını bir daha təsdiqləyib.

The post Pedro mövsümün sonunda klubundan ayrılacağını açıqladı appeared first on Komanda.az.

❌
❌