“Bavariya”dan sürpriz transfer həmləsi
13 April 2026 at 22:32
Almaniya nəhəngi “Bavariya” heyətini gücləndirmək üçün İngiltərə Premyer Liqasına üz tutub.
Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi “Nyukasl Yunayted”in ulduzu Entoni Qordonu transfer etməyi ciddi şəkildə planlaşdırır.
Məşhur insayder Florian Plettenberqin yaydığı məlumata görə, 25 yaşlı vinger sol cinah üçün əsas namizəd hesab olunur. Klub rəhbərliyi Qordonu həm Luis Diasın rəqibi, həm də onu əvəzləyə biləcək güclü bir alternativ kimi komandada görmək istəyir.
Mənbə bildirir ki, futbolçu tərəfi ilə artıq konkret danışıqlar baş tutub. Lakin klublar arasında hələlik rəsmi təmas qurulmayıb.
“Nyukasl” isə öz ulduz futbolçusunu komandada saxlamaq niyyətindədir və bu transferin asan olmayacağı gözlənilir.