“Naxçıvan” “Quba”nı məğlub yola saldı
1 November 2025 at 16:04
Azərbaycan Basketbol Liqasında 5-ci turun daha bir oyunu keçirilib.
Komanda.az xəbər verir ki, B qrupunun oyununda “Naxçıvan” “Quba” ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşma birincilərin 86:78 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (91:76), “Sumqayıt” “Sərhədçi”ni (84:80), “Şəki” isə “Gəncə”ni (84:70) üstələyib.
The post “Naxçıvan” “Quba”nı məğlub yola saldı appeared first on Komanda.az.