“Araz-Naxçıvan”ın müdafiıçisi əməliyyat olundu
26 October 2025 at 10:09
“Araz-Naxçıvan”ın üzvü, Azərbaycan milli komandasının Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnən Rahil Məmmədov əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub və cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib. Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarix hələ məlum deyil.