Rosenyor Fransaya qayıdır
30 June 2026 at 20:15
“Çelsi”dən ayrılan Liam Rosenyorun yeni iş yeri məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Fransanın “Paris” klubuna baş məşqçi təyin olunacaq. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Tərəflər arasında iki illik müqavilə imzalanacaq.
Rosenyor bu ilin fevralından aprelinə kimi “Çelsi”yə rəhbərlik edib.
Mütəxəssis daha əvvəl Fransada “Strasburq”u çalışdırıb.