“Torino”dan əzmkar qələbə
9 May 2026 at 01:06
İtaliya A Seriyasının XXXVI turu çərçivəsində “Torino” “Sassuolo”nu qəbul edib.
Futbolpress.az xəbər verir ki, oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Qolsuz bərabərliklə yekunlaşan ilk hissənin ardından ikinci 45 dəqiqədə qapılara 3 qol vurulub. Əvvəlcə qonaqlar 52-ci dəqiqədə Kristian Torstvedtin qolu ilə hesabda önə çıxıb. 66-cı dəqiqədə Covanni Simeone hesaba tarazlıq gətirib. 71-ci dəqiqədə fərqlənən Markus Pederse Turin təmsilçisinin qələbə qolunun müəllifi olub.
Bu qalibiyyətdən sonra xallarını 44-ə çatdıran “Torino” turnir cədvəlində 12-ci pilləyə yüksəlib. Aktivində 49 xalı olan “Sassuolo” isə 10-cu yerdə qərarlaşıb.