“Tottenhem”dən Robertson həmləsi
10 April 2026 at 19:45
”Liverpul”da bir dövrün sonuna gələn təcrübəli sol cinah müdafiəçisi Endryu Robertson karyerasını başqa bir Premyer Liqa nəhəngində davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə ”The Athletic” nəşri məlumat yayıb.
“Tottenhem” 32 yaşlı müdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib. London təmsilçisi Robertsonun böyük təcrübəsindən yararlanaraq müdafiə xəttini gücləndirməyi hədəfləyir. Bildirilir ki, onlar hələ qış transfer pəncərəsində şotlandiyalı ulduzla ilk təmasları qurublar.
Xatırladaq ki, “Liverpul” bir neçə gün öncə Robertsonun mövsüm sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb.
2017-ci ildən “qırmızıların” formasını geyinən ulduz müdafiəçi çıxdığı 373 matçda 13 qol və 69 məhsuldar ötürmə ilə yadda qalıb.