Viktor Osimhen “Yuventus”a keçə bilərmiş
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Türkiyə nəhənəginə qoşulmamışdn öncə, “Yuvnetus”a keçid imkanının olduğunu etiraf edib.
Arena.az nigeriyalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Bəli, İtaliya A Seriyasının digər klubuna keçə bilərdim. “Qalatasaray”a keçid ərəfəsində Turin “Yuventus”u ilə bağlı seçimim vardı, onlar tərəfdən maraq vardı. Amma başa düşürdüm ki, “Napoli”nin prezidenti (Aurelio De Laurentis) məni digər italyan klubuna buraxmayacaq”, deyə Osimhen bildirib.
Xatırladaq ki, Viktor Osimhen “Altimit Straykers”in məzunudur. Hücumçu, karyerası ərzində “Volfsburq”, “Şarlerua”, “Lill”, “Napoli” və icarə əsasında “Qalatasaray”da çıxış edib.
“Qalatasaray” 2025-ci ilin yayında rekord məbləğ ödəyərək Osimhenin transfer hüquqlarını da alıb. Keçid Türkiyə nəhənginə 75 milyon avro məbləğ müqabilində başa gəlib. Nigeriya yığmasının hücumçusu Türkiyə klubunda illik 15 milyon avro maaş alır. Viktorun “Qalatasaray”la 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Osimhen cari mövsümdə “Qalatasaray”ın heyətində 23 oyuna 15 qol vurub, 5 məhsuldar ötürmə verib. Nigeriyalı hücumçunun “Qalatasaray”dakı ümumi göstəricisi isə belədir: 64 oyun, 52 qol, 13 assist.
Viktor Osimhen 2017-ci ilin iyun ayında debüt etdiyi Nigeriya yığmasının heyətində 52 oyuna 35 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 27 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.