“Borussiya”dan ayrılacağı açıqlanan futbolçu “Fənərbağça”nın hədəfində
26 March 2026 at 21:12
Dortmund “Borussiya”sından ayrılacağı açıqlanan Yulian Brandt karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Komandanın baş məşqçisi Domeniko Tedesko rəhbərlikdən Brandtın transferini istəyib.
Yulian bu mövsüm 34 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.