Normal view

Yesterday — 16 June 2026Sport-AZ

Sabri Lamuşi Herve Renarla əvəzləndi – DÇ-də şok istefa

16 June 2026 at 17:30

DÇ-2026-da mübarizə aparan Tunis yığmasının baş məşqçisi Sabri Lamuşi istefaya göndərilib, onu bu postda Herve Renar əvəz edib.

Arena.az bu barədə Tunis Futbol Federasiyasına istinadən xəbər verir.

Bildirilir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda İsveçə ağır məğlubiyyətdən (1:5) dərhal sonra Sabri Lamuşi istefaya göndərilib. Federasiya rəhbərliyi bu darmadağından sonra gözlənilməz qərar verməklə dünya çempionatları tarixində qeyri-adi bir addım atıb.

Xatırladaq ki, Lamuşi bu ilin yanvar ayından Tunis yığmasına rəhbərlik edirdi. 54 yaşlı fransalı mütəxəssis bu komandanı cəmi 5 oyuna çıxarıb, 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət görüb.

Lamuşini Tunis millisində həmyerlisi Herve Renar əvəz edib. Onunla cəmi 1 aylıq müqavilə imzalanıb. Renarın bu komandadakı gələcəyi millinin DÇ-2026-dakı nəticələrindən asılı olacaq.

Qeyd edək ki, F qrupunda yer almış Tunis millisi növbəti matçını iyunun 21-də Yaponiya yığmasına qarşı keçirəcək.

Renar daha əvvəl Səudiyyə Ərəbistanı, həmçinin Fransanın qadınlardan ibarət millilərini də çalışdırıb.

“Şamaxı”dan ayrılan futbolçu bölgə klubunda

16 June 2026 at 16:46

“Şahdağ Qusar” növbəti transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, bölgə klubu Ravil Qafarovla müqavilə imzalayıb. 20 yaşlı futbolçunun müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ravilin son klubu “Şamaxı” olub. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvüdür.

Neymar yenə oynamayacaq

16 June 2026 at 09:30

Neymar Braziliya millisinin DÇ-2026-da qrup mərhələsindəki ikinci görüşünü də buraxacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Rays Simplisio məlumat yayıb. O, 34 yaşlı hücumçunun Haiti ilə matçda meydana çıxmayacağını bildirib.

Neymar mayın 17-dən zədəlidir. O, yığmaya dəvət alsa da, Mərakeşlə ilk matçda da iştirak etməyib.

Haiti – Braziliya oyunu iyunun 20-də keçiriləcək.

Before yesterdaySport-AZ

U-16 Qızlar Liqasının qalibi “Ulduz” oldu!

13 June 2026 at 17:00

AFFA tərəfindən 16 yaşadək futbolçular arasında təşkil edilmiş U-16 Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin meydançasında sonuncu turun oyunu baş tutub.

26-cı turun son qarşılaşmasında “Ulduz” “Marxal” üzərində qələbə qazanıb. Beləliklə, 72 xal toplamış “Ulduz” mövsümü çempion kimi, 63 xala malik “Təhsil” ikinci, 60 xalla “Sumqayıt” üçüncü pillədə başa vurub.

Matçın ardından mükafatlandırma mərasimi keçirilib. Çempionatda 3-cü yeri tutmuş “Sumqayıt” bürünc, 2-ci pillənin sahibi “Təhsil” gümüş medallarla təltif olunub. Çempion “Ulduz” isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 50 qol yazdıran “Ulduz”un futbolçusu Zəhra Abdullayeva U-16 Qızlar Liqasında ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. Mövsümün ən yaxşı oyunçusu isə “Təhsil”in üzvü Nuray Əzizova seçilib.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt və qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov təqdim ediblər.

AÇ: Azərbaycan yığmalarının rəqibləri bəlli oldu

11 June 2026 at 21:00

Azərbaycanın 17 və 19 yaşadək qadın futbolçulardan ibarət yığmalarının Avropa çempionatının (AÇ) birinci mərhələsindəki rəqibləri müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bu gün 17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb. Püşkatma mərasimində Azərbaycan millilərinin də rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer almış U-17 millimiz İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 3-cü qrupunda qərarlaşmış U-19 millimiz isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında baş tutacaq. Oyunların keçiriləcəyi ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

Fizuli Məmmədov “Şahdağ Qusar”da!

8 June 2026 at 23:00

Bu ilin yayında “Karvan”dan ayrılmış Füzuli Məmmədov bundan sonra Birinci Liqa təmsilçisi “Şahdağ Qusar” komandasına rəhbərlik edəcək.

Arena.az bu barədə Qusar təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub rəhbərliyi danışıqlardan sonra təcrübəli mütəxəssis Fizuli Məmmədovla razılığa gəlib. Yeni baş məşqçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Artıq Fizuli Məmmədovun bu komandadakı köməkçiləri də məlumdur. Ona Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli kömək edəcəklər.

“Şahdağ Qusar”a geridə qalmış mövsümdə Elnur Abdullayev rəhbərlik edirdi. Amma klub rəhbərliyi mövsüm başa çatan kimi onunla yolların ayrılmasına qərar vermişdi.

Qusar təmsilçisi 2025/2026-cı illər mövsümündə Birinci Liqa çərçivəsində keçirdiyi 27 oyunda 43 xal toplayıb və 5-ci olub.

Füzuli Məmmədov isə ötən mövsümü Premyer Liqada keçirmiş “Karvan”ın baş məşqçisi olub. Amma Yevlax təmsilçisi elitanı tərk etdiyi üçün klub onunla yolları ayırmışdı.

❌
❌