Normal view

Today — 7 July 2026Sport-AZ

Kreyq Harrison: “Bizi “Sabah”la çətin oyun gözləyir”

6 July 2026 at 22:40

TNS-in baş məşqçisi Kreyq Harrison UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”la oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels təmsilçiləri arasındakı ilk oyun sabah Masazırda baş tutacaq.

Kreyq Harrison matçdan öncə təşkil edilmiş mətbuat konfransında rəqibin gücünə bələd olduqlarını və Bakıdan müsbət təəssüratlarla ayrılacaqlarını vurğulayıb:

“Bilirik ki, bizi çətin oyun gözləyir. “Sabah”ın daxili çempionatda “Qarabağ”ı üstələyərək çempion olması çox şeydən xəbər verir. Tarixən “Qarabağ” Avropada həm Avropa Liqasında, həm də UEFA Çempionlar Liqasında həmişə çox yaxşı çıxış edən komanda olub. Onlar bu il də Çempionlar Liqasında “Benfika”, “Nyukasl” kimi böyük klublara qarşı yaxşı oyun sərgilədilər. Buna görə də, “Qarabağ”dan üstün olaraq çempion olmuş “Sabah”ın nə qədər güclü komanda olduğunu çox yaxşı dərk edirik”.

Mütəxəssis həmçinin komandasındakı zədəlilərin durumu və “Sabah”ın təhlili barədə danışıb:

“Bəli, bir neçə zədəli futbolçumuz var, lakin son vaxtlar yeni zədələnən kimsə yoxdur. Bunlar son altı həftədə və ya ötən mövsümün sonunda zədələnən oyunçularımızdır. Hazırkı vəziyyətdə heyətimizdə yeni itki yoxdur.

Biz rəqibin ötən mövsümdəki 6-7 oyununu izləmişik. Təbii ki, komandaya yeni oyunçular gəlib və bəzi icarəyə götürülmüş futbolçuların transferləri rəsmiləşdirilib. Biz onları da təhlil etmək imkanı tapdıq. Rəqibin heyətində beynəlxalq səviyyəli, güclü klublarda oynamış, böyük təcrübəyə malik həqiqətən top səviyyəli futbolçular var. Bizi matç günü çox çətin sınaq gözləyir”.

Kreyq Harrison Azərbaycanın paytaxtı haqqında da xoş sözlər ifadə edib:

“Bakı heyrətamizdir. Heyətimizdən yalnız 2-3 nəfər uzun illər əvvəl Uels və İrlandiya milli komandalarının heyətində bura gəlib. Lakin bütövlükdə komanda olaraq daha əvvəl burada olmamışdıq. Bakı həqiqətən də olduqca gözəl şəhərdir”.

Yesterday — 6 July 2026Sport-AZ

“Sabah”la oyuna çıxmamış onların gücünü bilə bilmərik”

6 July 2026 at 16:30

Uelsin TNS komandasının baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasında “Sabah”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis bunları deyib:

“Səpələnməmişlər arasında ən çətin rəqib “Sabah” idi. Düşünürəm ki, “Qarabağ” kimi komandanın hegemonluğuna son qoymaq asan deyil və onlar bunu bacarıb. İlk oyunu səfərdə keçirməyimiz üstünlükdür. Şanslarımızı maksimum dəyərləndirməliyik. “Sabah”la oyuna çıxmamış onların gücünü bilə bilmərik”.

Sabah keçiriləcək “Sabah” – TNS oyununa 20:00-da start veriləcək.

 

❌
❌