Normal view

Today — 5 July 2026Sport-AZ

Klopp qayıtdı – bu dəfə millidə

5 July 2026 at 14:00

Almaniya millisinin yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, yığmanın “sükanı” Yurgen Kloppa tapşırılacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında anlaşma əldə olunub və yaxın zamanda təyinat açıqlanacaq.

Klopp millidə bir neçə gün əvvəl istefaya göndərilən Yulian Naqelsmannı əvəzləyəcək.

Alman mütəxəssis son olaraq “Liverpul”a rəhbərlik edib. O, 2024-cü ildə məşqçi karyerasına fasilə verdiyini elan etmişdi.

Before yesterdaySport-AZ

Yulian Nagelsman Almaniya millisindən ayrıldı – Rəsmi

3 July 2026 at 14:30

Almaniya Futbol İttifaqı (DFB) bu ölkənin yığma komandasının baş məşqçisi Yulian Nagelsman ilə yolların ayrıldığını rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, Almaniya millisinin DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşmasından sonra Nagelsman istefa vermək istədiyini federasiya rəhbərliyinə bildirib.

DFB-nin Müşahidə Şurası və səhmdar nümayəndələri məşqçinin xahişini yekdilliklə qəbul edərək müqaviləyə dərhal xitam verilməsi barədə qərar çıxarıb.

DFB prezidenti Bernd Neuendorf Nagelsmana gördüyü işlərə görə təşəkkür edib:

“Almaniya Futbol İttifaqı 2023-cü ilin sentyabrından bəri göstərdiyi xidmətlərə görə Yulian Nagelsmana minnətdardır. O, böyük fədakarlığı, yüksək ambisiyası və məsuliyyət hissi ilə seçilən, hər kəsin hörmət etdiyi bir insandır”.

Nagelsmann: “Millinin yeni başlanğıca ehtiyacı var”

38 yaşlı mütəxəssis qərarının asan verilmədiyini bildirib:

“Son günlər ərzində çox düşündüm və həm yaxınlarımla, həm də federasiya rəhbərliyi ilə məsləhətləşdim. Bu qərarı vermək mənim üçün çox çətin oldu. Mənim əsas məqsədim həmişə millinin uğuru olub. Belə ağır məyusluqdan sonra komanda təzyiqsiz yeni başlanğıca layiqdir.

Məşqçilər korpusuna, bütün əməkdaşlara və xüsusilə də futbolçulara təşəkkür edirəm. Azarkeşlərimizə ayrıca minnətdaram. Siz bizə inandınız, bizi dəstəklədiniz və ən çətin anlarda belə güc verdiniz. Sizi məyus etdiyimiz üçün ürəkdən üzr istəyirəm. Siz bundan daha artığını haqq edirdiniz”.

Föller: “Məsuliyyəti üzərinə götürdü”

DFB-nin idman direktoru Rudi Föller isə Nagelsmannın addımını yüksək qiymətləndirib:

“Bu uğursuzluqdan sonra Yulianın qərarı böyük hörmətə layiqdir. O, məsuliyyəti öz üzərinə götürdü və şəxsi maraqlarını yox, milli komandanın gələcəyini üstün tutdu. O, əla məşqçidir və gələcəkdə də uğurlar qazanacağına inanıram”.

Klopp əsas namizəd sayılır

DFB artıq yeni baş məşqçi axtarışına başlayıb. Federasiyanın ilk hədəfinin Yurgen Klopp olduğu bildirilir. Rəsmi açıqlamaya əsasən, Klopp Almaniya millisini çalışdırmaq variantına prinsip etibarilə müsbət yanaşır və yaxın vaxtlarda tərəflər arasında danışıqlar aparılacaq.

Nagelsmanla birlikdə köməkçi məşqçilər Benjamin Qlük və Benjamin Hübner də milli komandadan ayrılıblar.

Yulian Nagelsman 2023-cü ilin sentyabrından Almaniya millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda AÇ-2024-də 1/4 finala yüksəlmişdi. Lakin DÇ-2026-da 1/16 finalda Paraqvay milli futbol komandası ilə qarşılaşmada əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı. Bu nəticədən sonra Nagelsman vəzifəsini tərk etmək qərarı verib.

❌
❌