Normal view

Yesterday — 5 June 2026Sport-AZ

Endryu Robertson rəsmən “Tottenhem”də!

5 June 2026 at 20:30

Bu yay “Liverpul”dan ayrılmış şotlandiyalı sol cinah müdafiəçisi Endryu Robertson bundan sonra “Tottenhem”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbut xidməti məlumat yayıb.

32 yaşlı futbolçu yeni komandasına 1 iyul tarixində qoşulacaq. Onun “Tottenhem”lə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

Xatırladaq ki, Robertsonun “Liverpul”la müqaviləsinin müddəti bu ilin yayında başa çatır. Bu üzdən də o, “Tottenhem” azad agent statusu ilə qoşulub.

Endryu Robertson 2017-ci ildən “Liverpul”un formasını geyinirdi. 31 yaşlı oyunçu bu komandanın heyətində indiyə qədər 378 matça çıxıb, 14 qola imza atıb, 69 məhsuldar ötürmə verib.

Robertson “Liverpul”la bütün mümkün klub titullarına sahib çıxıb. O, daha öncə KPR, “Dandi Yunayted” və “Hall Siti” klublarının da formasını geyinib.

Kapitanı olduğu Şotlandiya yığmasında 93 matçda 4 dəfə fərqlənmiş müdafiəçi, 12 məhsuldar ötürmə də verib.

“Liverpul”dan ayrılan futbolçu “Tottenhem”də

5 June 2026 at 19:30

“Liverpul”dan ayrılan Endryu Robertsonun yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, şotlandiyalı müdafiəçi “Tottenhem”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah oyunçusu ilə müqavilənin detalları açıqlanmayıb.

Robertson Şotlandiya millisinin dünya çempionatı üçün heyətində yer alır. O, mundialdan sonra yeni klubuna qoşulacaq.

❌
❌