Normal view

Before yesterdayMain stream

“Araz-Naxçıvan” – “Sabah” 2:2 – Video

25 October 2025 at 19:30

Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun bu gün keçirilmiş “Araz-Naxçıvan” – “Sabah” matçı bərabərliklə (2:2) başa çatdı. Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir. “Araz-Naxçıvan” – “Sabah” 2:2 Qollar: İssuf Paro, 59. Ba-Muaka Simakala, 90+9 – Stiv Solvet, 55. Coy Lens Mikels, 73-pen. Sarı vərəqələr: Coşqun Diniyev…

Source

Dambrauskas: “Hakimin qərarı bizə böyük zərər vurdu”

25 October 2025 at 18:30

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 9-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün “Masazır Arena”da keçirilmiş oyunda qalib müəyyənləşməyib – 2:2. Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Çətin oyun idi.

Source

Premyer Liqa: “Sabah”la “Araz-Naxçıvan”dan məhsuldar heç-heçə

25 October 2025 at 18:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Masazırda baş tutub. “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gəlib. Məlum səbəblərdən, Naxçıvan klubu rəqibini “Masazır Arena”da “qəbul edib”. Qarşılaşmanı Rəşad Əhmədov idarə edib.

Source

Premyer Liqa: “Araz” “Sabah”a, “Zirə” “Sumqayıt”a qarşı

25 October 2025 at 09:00

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçiriləcək. Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu “Araz-Naxçıvan”la “Sabah” arasında keçiriləcək. Məlum səbəblərdən, bu oyun “Masazır Arena”da keçiriləcək. Qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Source

“Sabah” “Nant”a Gənclər Liqasında biabırçı hesabla uduzdu

22 October 2025 at 21:00

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında 2025/2026 mövsümünün 2-ci təsnifat mərhələsində ilk matçına çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan çempionu Fransada yerli “Nant” klubunun U-19 komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib. Fransızlar ilk hissədə 4 qola imza atıblar. Babakar Fall (4), Junior Kone (18), Brayan Nzita (23) və…

Source

“Qarabağ” üçün İspaniya, “Sabah” üçün Fransa sınağı

22 October 2025 at 11:00

“Qarabağ” və “Sabah” klublarının U-19 komandaları bu gün UEFA Gənclər Liqasının 2025/2026 mövsümündə növbəti matçlarına çıxacaqlar. Arena.az xəbər veri rki, Ağdam təmsilçisi bu turnirin əsas mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik” kollektivinin qonağı olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Bilbao klubunun U-19 komandası 6 xalla 6-cı…

Source

Aaron Maluda “Sabah”ın tarixinə düşdü

20 October 2025 at 20:00

“Sabah”ın futbolçusu Aaron Maluda Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”yə qol vurmaqla paytaxt klubunun tarixinə düşüb.

Arena.az bu barədə “Sabah”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Oyunun 45+2-ci dəqiqəsində fərqlənmiş hücumçu “bayquşlar”ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub. O, rəqib komandanın qapısının torunu silkələməklə həmçinin “Sabah”dakı qol hesabını açıb.

“Sabah” – “Zirə” oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, müqavilə ilə Fransanın “Lill” klubuna məxsus olan cinah hücumçusu (sol vinger) “Sabah”da icarə əsasında çıxış edir. Paytaxt təmsilçisi gənc futbolçunu bu ilin yayında Fransa klubundan bir illik icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Aaron Maluda Fransanın “Olimpik” (Lion) klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Olimpik” (Nim) klublarının ikinci və əsas komandalarında oynayıb. Vinger Fransanın U-19 millisinin də üzvü olub.

Onu da qeyd edək ki, Aaron Fransa yığmasının və İngiltərənin “Çelsi” klubunun veteran futbolçusu, ötənlərin tanınmış siması Floran Maludanın oğludur.

The post Aaron Maluda “Sabah”ın tarixinə düşdü appeared first on ARENA.AZ.

❌
❌