Normal view

Before yesterdayMain stream

“Arsenal” Premyer Liqada qələbə sayına görə ikinci oldu

27 October 2025 at 16:00

“Arsenal” komandası futbol üzrə İngiltərə Premyer Liqasında qazandığı qələbələrin sayına görə ikinci kluba çevrilib. Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir. London təmsilçisi bunu çempionatın 9-cu turunda “Kristal Pelas”la görüşdə reallaşdırıb. Qarşılaşma “topçular”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, komandanın 700-cü qələbəsi olub.

Source

Premyer Liqa: MS uduzdu, “Arsenal” tək qolla qalib gəldi

26 October 2025 at 23:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub. Beş qolun qeydə alındığı “Vulverhempton” – “Börnli” matçında qonaqlar qələbə qazanıblar. “Bornmut” “Nottingem Forest”i 2 cavabsız qolla yenibsə, “Tottenhem” “Everton”u səfərdə 3 qolla yenib.

Source

Premyer Liqa: “Çelsi” evdə, “Liverpul” səfərdə uduzdu

26 October 2025 at 01:30

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub. Üç qolun qeydə alındığı “Nyukasl” – “Fulhem” matçında meydan sahibləri qələbə qazanıblar. “Mançester Yunayted” də doğma meydanda “Brayton” üzərində inamlı qələbəyə sevinib.

Source

Premyer Liqa: “Lids” “Vest Hem”i xalsız yola saldı

25 October 2025 at 01:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış oyununda “Lids” doğma meydanda “Vest Hem”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri çətin qələbəyə seviniblər. 9-cu turun qalan görüşləri şənbə və bazar…

Source

Premyer Liqa: “Brentford” “Vest Hem”i səfərdə məğlub etdi

21 October 2025 at 01:00

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Vest Hem” “Brentford”u qəbul edib. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.

Beləliklə, geridə qalmış 8 turdan sonra 19 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 16 xalla ikincidir. “Liverpul”la “Bornmut” 15, “Çelsi”, “Tottenhem” və “Sanderlend” 14 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
8-ci tur

18 oktyabr

Nottingem Forest – Çelsi 0:3
Qollar: Açimponq, 49. Neto, 52. R.Ceyms, 84.

Brayton – Nyukasl 2:1
Qollar: Uelbek, 41; 84 – Voltemade, 76.

Börnli – Lids 2:0
Qollar: Uqoçukvu, 18. Tçauna, 68.

Kristal Pelas – Bornmut 3:3
Qollar: Mateta, 64; 69; 90+7-pen – Krupi, 7; 38. R.Kristie, 89.

Mançester Siti – Everton 2:0
Qollar: Haland, 58; 63.

Sanderlend – Vulverhempton 2:0
Qollar: Mukiele, 16. Kreyçi, 90+2-öz qapısına.

Fulhem – Arsenal 0:1
Qol: Trossard, 58.

19 oktyabr

Tottenhem – Aston Villa 1:2
Qollar: Bentankur, 5 – M.Rocers, 37. Buendiya, 77.

Liverpul – Mançester Yunayted 1:2
Qollar: Qakpo, 78 – Mbömo, 2. Maquayr, 84.

20 oktyabr

Vest Hem – Brentford 0:2
Qollar: Tyaqo, 43. Yensen, 90+5.

The post Premyer Liqa: “Brentford” “Vest Hem”i səfərdə məğlub etdi appeared first on ARENA.AZ.

“Sanderlend” Premyer Liqada klub rekorduna imza atdı

20 October 2025 at 13:30

Futbol üzrə İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünə uğurlu start vermiş “Sanderlend” klub rekorduna imza atıb.

Arena.az bu barədə “Squawka” portalına istinadən xəbər verir.

Komanda buna İngiltərə Premyer Liqasının cari mövsümünün 8-ci turunda “Vulverhempton”la ev oyunundan 2:0 hesablı qələbə ilə ayrılmaqla nail olub.

Nəticədə sözügedən klub tarixində ilk dəfə çempionatın ilk dörd ev matçında 10 xal qazanıb.

“Qurdlar” daha öncə “Vest Hem” (3:0) və “Brentford”u (2:1) da məğlub yola salmışdılar. “Aston Villa” ilə ev oyununda isə heç-heçə qeydə alınıb – 1:1.

Sözügedən komanda səfər oyunlarında bir o qədər də uğurlu deyil. “Qurdlar” rəqib meydanlarında keçirdikləri görüşlərdə cəmi 4 xal əldə ediblər.

Xatırladaq ki, “Sanderland” İngiltərə Premyer Liqasında 8 turdan sonra 14 xalla 7-ci pillədə qərarlaşıb.

The post “Sanderlend” Premyer Liqada klub rekorduna imza atdı appeared first on ARENA.AZ.

Premyer Liqa: “Liverpul” “Mançester Yunayted”ə də uduzdu

19 October 2025 at 23:40

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Tottenhem” doğma meydanda “Aston Villa”ya uduzub. Hesabı London təmsilçisi açsa da, qonaqlar əzmkar qələbəyə seviniblər.

“Liverpul” da “Mançester Yunayted”lə ev oyununda xalsız qalıb. Son çempion cari mövsümdə üçüncü məğlubiyyətinə üzülüb.

Tura oktyabrın 20-də keçiriləcək “Vest Hem” – “Brentford” matçı ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
8-ci tur

18 oktyabr

Nottingem Forest – Çelsi 0:3
Qollar: Açimponq, 49. Neto, 52. R.Ceyms, 84.

Brayton – Nyukasl 2:1
Qollar: Uelbek, 41; 84 – Voltemade, 76.

Börnli – Lids 2:0
Qollar: Uqoçukvu, 18. Tçauna, 68.

Kristal Pelas – Bornmut 3:3
Qollar: Mateta, 64; 69; 90+7-pen – Krupi, 7; 38. R.Kristie, 89.

Mançester Siti – Everton 2:0
Qollar: Haland, 58; 63.

Sanderlend – Vulverhempton 2:0
Qollar: Mukiele, 16. Kreyçi, 90+2-öz qapısına.

Fulhem – Arsenal 0:1
Qol: Trossard, 58.

19 oktyabr

Tottenhem – Aston Villa 1:2
Qollar: Bentankur, 5 – M.Rocers, 37. Buendiya, 77.

Liverpul – Mançester Yunayted 1:2
Qollar: Qakpo, 78 – Mbömo, 2. Maquayr, 84.

20 oktyabr

23:00. Vest Hem – Brentford

The post Premyer Liqa: “Liverpul” “Mançester Yunayted”ə də uduzdu appeared first on ARENA.AZ.

❌
❌