Normal view

Yesterday — 28 October 2025Main stream

Messidən DÇ-2026 açıqlaması

28 October 2025 at 16:14

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında iştirak ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az NBC-yə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu qərarını gələn il verəcəyini bildirib:

“Düzünü desəm, dünya çempionatında oynamaq möhtəşəm olardı. Mən yaxşı formada olub Argentina yığmasına faydalı olmağı arzulayıram. Gələn il “İnter Mayami” ilə mövsümöncəsi hazırlığa başlayanda vəziyyəti dəyərləndirəcəm. Özümü yüz faiz hazır hiss etsəm və komandaya xeyrim dəyə bilsə, qərarımı verəcəm”.

Argentina millisi son dünya çempionudur. Komanda Lionel Skaloninin rəhbərliyi altında, 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransa yığmasına qalib gələrək, tarixində üçüncü dəfə dünya çempionu olmuşdu.

The post Messidən DÇ-2026 açıqlaması appeared first on Komanda.az.

“Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir

28 October 2025 at 15:48

“Seltik” baş məşqçi postuna Angelos Postekoqlunu gətirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Klub yaxın vaxtlarda avstraliyalı mütəxəssislə əlaqə saxlayaraq, onun komandaya qayıtmaqda maraqlı olub-olmadığını öyrənmək niyyətindədir. Postekoqlu 2021–2023-cü illər arasında “Seltik”i çalışdırıb və bu müddətdə komandaya bir neçə yerli titul qazandıraraq uğurla idarə edib. O, daha sonra “Tottenhem” və “Nottingem Forest”də işləyib.

“Seltik”in baş məşqçisi Brendan Rocers yaxın günlərdə postunu tərk edib. Komanda Şotlandiya Premyer Liqasının 9 turundan sonra 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və liderdən 8 xal geri qalır.

The post “Seltik” “sükan”ı sabiq baş məşqçisinə tapşırmaq istəyir appeared first on Komanda.az.

“Seltik” baş məşqçisi ilə vidalaşdı – Rəsmi

28 October 2025 at 11:31

“Seltik” baş məşqçi Brendon Rocersin istefa ərizəsini qəbul edib.

Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssis komandanı tərk etdikdən sonra “Seltik”ə müvəqqəti olaraq Martin O’Nill rəhbərlik edəcək. İrlandiyalı məşqçi 2000–2005-ci illər arasında da komandanın “sükanı arxasında” olub.

“Seltik” Şotlandiya çempionatında 9 turdan sonra17 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Harts”dan 8 xal geri qalır.

“Seltik” növbəti matçını doğma meydanda “Falkirk”ə qarşı keçirəcək.

The post “Seltik” baş məşqçisi ilə vidalaşdı – Rəsmi appeared first on Komanda.az.

Ronaldo və Messi ötən mövsümün ən yaxşısı olmağa namizədlər arasında

28 October 2025 at 10:52

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPRO) 2024/25 mövsümünün ən yaxşı 11 futbolçusu sırasına düşmək üçün namizədlərin adlarını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin siyahıda futbol dünyasının bir çox tanınmış simaları yer alıb.

Onların arasında Kriştiano Ronaldo, Lionel Messi, Osman Dembele, Məhəmməd Salah, Lamin Yamal və Erlinq Haland kimi adlar diqqət çəkir.

2025-ci ildə “qızıl top” mükafatının qalibi PSJ-nin vingeri Osman Dembele olub. “France Football”ın sorğusuna əsasən, ikinci yeri İspaniya millisinin və “Barselona”nın oyunçusu Lamin Yamal, 3-cü yeri isə portuqaliyalı futbolçu Vitinya tutub.

The post Ronaldo və Messi ötən mövsümün ən yaxşısı olmağa namizədlər arasında appeared first on Komanda.az.

Günün oyunları – TV

28 October 2025 at 09:29

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

28 oktyabr

Azərbaycan, kubok
14:00 Karvan-Yevlax – Sheki City (CBC Sport)
17:00 Dinamo – Turan Tovuz (CBC Sport)

UEFA Millətlər Liqası, qadınlar
21:00 Türkiyə – Kosovo (TRT Spor)

İtaliya, A Seriyası
21:30 Leççe – Napoli (Futbol 1)
23:45 Atalanta – Milan (Futbol 1)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

Before yesterdayMain stream

PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu

27 October 2025 at 21:09

PSJ (Fransa) və “Sevilya” (İspaniya) klublarında çıxış etmiş Polşa millisinin sabiq futbolçusu Qjeqoj Krıxovyak karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

35 yaşlı yarımmüdafiəçi “Sevilya”nın heyətində 2 dəfə UEFA Avropa Liqasının qalibi olub. O, həmçinin Rusiyada “Lokomotiv” (Moskva), “Krasnodar”, İngiltərədə “Vest Bromviç”, Fransada “Reyms” və “Nant” kollektivlərində forma geyinib.

The post PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu appeared first on Komanda.az.

PSJ-nin futbolçusu da “el klasiko”nu izləməyə gedib

27 October 2025 at 12:08

PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakimi bazar günü “Santyaqo Bernabeu”da baş tutan “Real” – “Barselona” qarşılaşmasında (2:1) iştirak edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu oyunu VİP lojadan izləyib. Oyundan sonra onun stadionda çəkdirdiyi şəkillər internetdə yayılıb.

“Real” “el klasiko”da Kilian Mbappe və Çud Bellingemin qolları sayəsində qalib gəlib.

Hakimi “Real” akademiyasının məzunudur. O, əsas heyətə düşə bilməyib və 2020-ci ildə Madrid klubu onu “İnter”ə satıb. 26 yaşlı futbolçu 2021-ci ildən isə PSJ-də çıxış edir.

The post PSJ-nin futbolçusu da “el klasiko”nu izləməyə gedib appeared first on Komanda.az.

Günün oyunları – TV

27 October 2025 at 09:29

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

27 oktyabr

Rusiya, Premyer Liqa
20:30 Axmat – Soçi (Matç Premyer)

Türkiyə, Super Liqa
21:00 Qaziantep – Fənərbaxça (Futbol 3, beİN Sports 1)
21:00 Samsunspor – Rizəspor (beİN Sports 2)

İspaniya, La Liqa
00:00 Betis – Atletiko (Futbol 2, S Sport+)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

❌
❌