Normal view

Today — 21 December 2025Main stream

Sabiq futbolçudan Messi və Ronaldo haqda açıqlama

21 December 2025 at 08:59

İspaniya millisinin sabiq hücumçusu Alvaro Neqredo Kriştiano Ronaldonun və Lionel Messinin çıxışını şərh edib, onların karyeralarını zirvədə bitirmək istəyini vurğulayıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, belə səviyyəli oyunçular üçün karyeranı başa vurmağın həmişə çətin olduğunu bildirib:

“Ronaldo və Messi möhtəşəm göstəricilər əldə ediblər. Karyeranı bitirməyin ən yaxşı yolu isə “trofey” (bütün turnirlərdə uğur əldə etmək) qazanmaqdır. Kriştianonun xarakterini nəzərə alsaq, düşünmürəm ki, o, artıq son sözünü deyib”.

40 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. 38 yaşındakı Messi isə ABŞ-ın MLS liqasındakı “İnter Mayami” klubunun şərəfini qoruyur.

The post Sabiq futbolçudan Messi və Ronaldo haqda açıqlama appeared first on Komanda.az.

Before yesterdayMain stream

Bekhem: “Messini buna görə bura gətirmişdim”

14 December 2025 at 10:00

“İnter Mayami”nin həmsahibi, yaxın keçmişimizin ulduz yarımmüdafiəçisi Devid Bekhem “vağlar”ın ilk MLS çempionluğunu şərh edib.

Arena.az xəbər verir ki, Bekhem müvafiq uğurda “İnter Mayami”nin kapitanı, 38 yaşlı argentinalı ulduz hücumçu Lionel Messinin xidmətini qabardıb:

“Bax, buna görə bura Messini gətirmişdim. O, autsayderi uğurlu kluba cəmi bircə mövsüm ərzində çevirdi. Çox xoşbəxtəm! Biz hamımız xoşbəxtik!”, deyə Bekhem vurğulayıb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” artıq geridə qalmış mövsümdə 49 oyuna 43 qol və 26 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 88 oyun, 77 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

❌
❌