“Bayern”dən yeni rekord
“Bayern” Bundesliqada yeni məhsuldarlıq rekordu müəyyənləşdirib. Çempionatın 14-cü turunda “Maynts”la qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatsa da, bu oyun tarixə düşüb.
Vensan Kompaninin çalışdırdığı komandanın heyətində qolları Lennar Karl və penalti zərbəsini dəqiq yerinə yetirən Harri Keyn vurublar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qollar “Bayern” üçün Bundesliqanın cari mövsümündə 50 və 51-ci qollar olub. Beləliklə, Münhen təmsilçisi 14 turdan sonra bu qədər qol vuran ilk komanda kimi rekord qırıb.
“Maynts”la heç-heçə cari mövsümdə “Bayern”in ikinci xal itkisi olub. Daha əvvəl münhenlilər Berlin “Union”u ilə də “sülh bağlamışdı”. Buna baxmayaraq, komanda hələ də məğlubiyyətsiz irəliləyir.
“Bayern” turnir cədvəlində ən yaxın izləyicisi olan “Leyptsiq”i 9 xal qabaqlayır. Bu komandalar arasında baş tutan şəxsi görüş isə münhenlilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Almaniya çempionunun top fərqi +40-a bərabərdir.
The post “Bayern”dən yeni rekord appeared first on Komanda.az.