Normal view

Today — 16 December 2025Main stream

Son gündə bölünən xallar

16 December 2025 at 08:00

Premyer Liqada dünən baş tutan iki oyunla XV tura yekun vurulub. Son matçlarda qalib müəyyənləşməyib.

İmişli” Qubada “Karvan-Yevlax”la, “Neftçi” isə azarkeşləri önündəSumqayıt”la heç-heçə edib – 1:1, 2:2. Maraqlıdır, hər iki matçda meydan sahibləri hesabı açan tərəf olsa da, yekunda üstünlüyü qoruya bilməyiblər.

Kəpəz”in qələbə qazandığı turda “Karvan-Yevlax” üçün bir xal qənaətbəxşdir. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv aktivinə bir xal yazdırmaqla aradakı fərqi 3 xalda saxladı. Quba səfərindən sürətli hücumlarla rəqib müdafiəsini yarmağa çalışan bölgə klubunun cəhdləri uğursuz alındı. Çempionatda kompakt müdafiəsi ilə seçilən “İmişli” arxa xəttdəki inamlı oyunu hesabına turu bir xalla başa vurdu. “İmişli” ümumiyyətlə son turlarda xal itkiləri yaşamaqdadır. Buna baxmayaraq, komandanın aktivində 16 xal var və sonuncu “Karvan-Yevlax”dan 8 xal öndədirlər.

“Neftçi” isə Yuri Vernidubun rəhbərliyi altında ilk sınağına çıxdı. “Sumqayıt”la matçın birinci hissəsində böyük üstünlük quran və kifayət qədər qol epizodu yaradan “ağqaralar”da realizasiya problemi davam etməkdədir. Hücumda Bassala Sambu, İmad Faraj aktivlik göstərsə də, qaçırılan epizodlar yekunda bir xalla kifayətlənməyə səbəb oldu. Hər bir halda, ilk hissədə “ağ-qaralar” adına sərgilənən oyun ümid verdi.

“Sumqayıt” səfərdə mühüm xal qazandı. Nəzərə alaq ki, komanda 0:2-dən döndü və bu, “kimyaçılar” üçün qələbəyə bərabər xal olmalıdır. İlk hissəni yaxşı keçirməyən komanda fasilədən sonra Ramalinqom, Simon kimi futbolçuların meydana daxil olması ilə nəzarəti ələ almağı bacardı və 6 dəqiqəyə iki qol vurmaqla məğlubiyyətdən xilas oldu. Turu üçüncü sırada başa vuran “Sumqayıt”ın potensialı var. Komanda oyununu mövsümün qalan hissəsinə də yaya bilsə, avrokuboklara vəsiqə uğrunda mübarizədə favoritlərdən olacaq.

Şahin Cəfərov

Yesterday — 15 December 2025Main stream

“Kəpəz” “zirzəmi”dən uzaqlaşır

15 December 2025 at 11:13

“Kəpəz” Premyer Liqanın XV turunda “Qəbələ“ni məğlub edib. Yevlax şəhər stadionunda baş tutan görüş nominal meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.

Azər Bağırovun gəlişindən sonra oyun planında artıran “Kəpəz” “Qəbələ” ilə matçda üstün tərəf kimi oynadı. Hər iki hissədə daha çox qol epizodu yaradan gəncəlilər layiqli üç xalı aktivinə yazdırdı. QələbəKəpəz”i həm sonuncu pillədəki “Karvan-Yevlax”dan bir az uzaqlaşdırdı, həm də liqada qalmaq yolundakı əsas rəqibi “Qəbələ“yə qarşı şəxsi oyunlardakı ümumi hesabı bərabərləşdirdi. Dövrənin ilk matçında “qırmızı-qaralar” üç xal götürən tərəf idi.

Qəbələ“də əsas problem heyətlə bağlıdır. Təcrübəsiz və gənc legionerlərlə liqada qalmaq mübarizəsi aparan bölgə klubunun güclənməsinə ehtiyac var. Çempionatda ən çox qol epizodu yaradan kollektivlərdən olmasına baxmayaraq, “Qəbələ” 14 turda cəmi 10 qol vurub. Bu, liqanın ən aşağı ikinci göstəricisindən biridir. Bu heyətlə komandanın elitada qalması çətin görünür.

“Kəpəz” isə mühüm qələbə qazandı. Bağırovun komandası qış fasiləsinə az qala sonuncu “Karvan-Yevlax”dan 4 xal önə keçdi. Düzdür, Yevlax təmsilçisinin bu gün “İmişli”yə qarşı vacib görüşü var və qələbə xal fərqini azalda bilər. Lakin indiki məqamda komandanın son turlardakı oyunu və potensialı yaxşı nəticəyə ümid vermir. “İmişli” daha nizamlı və nəticəyə oynamağı bacaran kollektivdir.

Şahin Cəfərov

Qubada bərabərlik, “Sumqayıt” bir xalı geridönüşlə qazandı

15 December 2025 at 20:52

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “İmişli” Qubada “Karvan-Yevlax”ı qəbul edib. Matç heç-heçə başa çatıb.

Tura “Neftçi” – “Sumqayıt” oyunu ilə yekun vurulub. “Ağ-qaralar” 2:0 hesabıyla öndə olsa da, “Sumqayıt” 6 dəqiqəyə vurduğu qollarla yekunda bir xal qazanıb.

Azərbaycan Premyer Liqası
XV tur

15 dekabr

İmişli – Karvan-Yevlax 1:1
Qollar:
Dioqo Almeyda, 29 – Vadim Abdullayev, 39
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu

Neftçi – Sumqayıt 2:2
Qollar:
İmad Faraj, 34, Bassala Sambu, 50 – Nsane Simon, 74, Səbuhi Abdullazadə, 81
Baş hakim: Rauf Cabarov
“Palms Sports Arena”

❌
❌