Normal view

Yesterday — 3 February 2026Main stream

Aksel Disasi “Çelsi”ni “Vest Hem”ə dəyişdi

3 February 2026 at 12:00

“Çelsi”nin konqoəsilli fransalı mərkəz müdafiəçisi, Fransa yığmasının da üzvü olan Aksel Disasi bundan sonra “Vest Hem”də çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Anlaşmaya əsasən, 27 yaşlı müdafiəçi cari mövsümün sonunadək icarə əsasında bu komandada çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Aksel Disasi isə “Çelsi”yə 2023-cü ilin avqustunda 45 milyon avro müqabilində “Monako”dan keçib. “Zadəganlar”ın Disasi ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi mövcuddur. O, London təmsilçisinin heyətində bütövlükdə 61 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Disasi “Paris”in yetirməsi olsa da, peşəkar karyerasına “Reyms”də başlayıb. Daha çox “Monako”dakı çıxışı ilə məşhurlaşmış futbolçu 2017-ci ildə Konqo Demokratik Respublikasının U-20 yığmasında debüt edib. Sonradan isə Fransanın lehinə seçim edərək, “xoruzlar”ın U-20, U-21 yığmalarında oynayıb. O, 2022-ci ildə isə Fransanın əsas yığmasında debüt edib və bu komandada 5 oyun keçirib.

Xatırladaq ki, Disasi ötən mövsüm “Aston Villa”da da icarədə olub.

Disasi Londonda klubunu dəyişdi

3 February 2026 at 13:36

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, London təmsilçisi “Çelsi”dən müdafiəçi Aksel Disasini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Disasi mövsümün sonuna kimi “Vest Hem”də çıxış edəcək

Müdafiəçi bu mövsüm “Çelsi” ilə oyuna çıxmayıb.

“Çelsi” futbolçusunu icarəyə verdi

3 February 2026 at 10:13

“Vest Hem” “Çelsi”nin futbolçusu Aksel Disasini icarəyə götürüb.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Anlaşmaya əsasən, 27 yaşlı müdafiəçi mövsümün sonunadək bu komandada çıxış edəcək.

2025-ci ilin iyununda “Çelsi”yə keçən Aksel Disasi cari mövsümdə meydana çıxmayıb. Onun “zadəganlar”la 2029-cu ilin yayınadək müqaviləsi var.

The post “Çelsi” futbolçusunu icarəyə verdi appeared first on Komanda.az.

“Çelsi” hücumçusunu göndərdi

3 February 2026 at 09:09

“Çelsi” futbolçusu Tayrik Corcu icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı hücumçu mövsümün sonuna kimi “Everton”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mersisayd klubu yayda oyunçunun transfer hüquqlarını ala bilər.

Corc bu mövsüm “Çelsi” ilə 11 oyunda 3 qol vurub.

Before yesterdayMain stream

“Çelsi” icarəyə verdiyi futbolçunu geri qaytarır

2 February 2026 at 14:49

“Strasburq”un müdafiəçisi Mamadu Sarr yenidən “Çelsi”yə qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu hazırda “Strasburq”da icarə əsasında çıxış edən 20 yaşlı futbolçunu geri qaytarmağı planlaşdırır.

Klub rəhbərliyi Sarrı yüksək səviyyəli müdafiəçi kimi qiymətləndirir və onu uzunmüddətli layihənin vacib hissəsi hesab edir. İddiaya görə, seneqallı futbolçunun İngiltərəyə dönüşü artıq qaçılmazdır. “Çelsi” onu yayda məhz “Strasburq”dan transfer edib, ancaq təxminən ay yarım sonra yenidən əvvəlki klubuna icarəyə göndərib.

Mamadu Sarr cari mövsümdə bütün turnirlər daxil olmaqla 18 oyunda meydana çıxıb.

The post “Çelsi” icarəyə verdiyi futbolçunu geri qaytarır appeared first on Komanda.az.

Rahim Sterlinq “Çelsi”ni tərk etdi – Rəsmi

31 January 2026 at 01:00

Rahim Sterlinq “Çelsi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək İngiltərə klubundan birdəfəlik ayrılıb.

Arena.az bu barədə London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Zadəganlar”ın heyətində forma şansı qazanmaqda çətinlik çəkən ingilis hücumçu çıxış yolunu klubdan birdəfəlik ayrılmaqda görüb. Azad agentə çevrilən Sterlinq hazırda özünə yeni komanda axtarmaqdadır. Onun klubla hələ 18 aylıq müqaviləsi mövcud idi.

Xatırladaq ki, “Çelsi” Sterlinqi 2022-ci ilin yayında “Mançester Siti”dən 56,2 milyon avro müqabilində transfer etmişdi. O, London təmsilçisinin heyətində 81 oyuna çıxıb, 19 qol vurub, 15 məhsuldar ötürmə verib.

Sterlinq 2024/2025-ci illər mövsümündə “Arsenal”da icarədə də olub – 28 oyun, 1 qol və 5 assist.

Rahim Sterlinq futbola “Alfa və Omeqa” klubunda qədəm qoyub. İngilis vinger karyerası ərzində KPR, “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Çelsi”də oynayıb.

Sterlinq 2012-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 82 oyun keçirib, 20 qol vurub və 27 məhsuldar ötürmə verib.

Rahim Sterlinqin qənimətlər muzeyindəki bütün kuboklar “Mançester Siti”nin adı ilə bağlıdır – İngiltərə Premyer Liqası çempionluğu (4 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (5 dəfə) və İngiltərə Super Kuboku (2 dəfə). Həmçinin Sterlinq 2019-cu ildə İngiltərədə ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis sol vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

❌
❌