Normal view

Yesterday — 3 February 2026Main stream

“Qarabağ” yeni transferi üçün nə qədər ödəyib?

3 February 2026 at 12:45

“Qarabağ”ın fransalı müdafiəçi Jeremi Qnalinin transferi üçün Kiprin AEK klubuna ödədiyi məbləğ məlum olub.

Komanda.az xəbər verir ki, “transfermakt” portalına görə, Ağdam klubu 23 yaşlı sol cinah müdafiəçisi üçün 100 min avro (təxminin 200 000 manatdan çox) ödəyib.

Qnalinin bazar dəyəri 450 min avrodur.

Azərbaycan çempionu yeni futbolçusu ilə 2,5 illik müqavilə imzalayıb.

The post “Qarabağ” yeni transferi üçün nə qədər ödəyib? appeared first on Komanda.az.

Before yesterdayMain stream

Larnakadan gələn fransalı – “Qarabağ”ın yeni transferi kimdir?

2 February 2026 at 18:00

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. “Atlılar” Kiprin AEK klubundan sol cinah müdafiəçisi Jeremi Qnali ilə anlaşıb. Tərəflər arasında yaxın zamanda müqavilə imzalanacağı gözlənilir.

“Transfermarkt”da dəyəri 450 min avro olan Qnali bu mövsüm Kipr çempionatında 14 oyunda 2 məhsuldar ötürmə edib. Cinah oyunçusu Larnaka təmsilçis ilə Konfrans Liqasında 5, Avropa Liqasında 6 oyunda meydanda olub. Qnailinin Avropa Liqası oyunları daha məhsuldar keçib – 3 assist.

Komandanın aparıcı üzvlərindən olan 23 yaşlı futbolçu “Mets” klubunun yetirməsidir. Futbol həyatına Fransada başlayan Qnali daha sonra İspaniyada aşağı liqa klubları “Tarazona”, “Melilla”da forma geyinib. Jeremi 2024-cü ilin avqustunda 150 min avro qarşılığında “Tarazona”dan AEK-ə keçib.

2021-ci ildə “Mets”in B komandası ilə oyunlara çıxan Qnaili 5 ilə 400 min avro dəyər artırıb. Güclü fizikası ilə seçilən müdafiəçi sol cinahda müdafiədə, yarımmüdafiədə və hücumda oynamağı bacarır.

Qnali peşəkar karyerası ərzində 154 matça çıxıb. O, bu görüşlərdə 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” 450 min avroluq futbolçu ilə müqavilə bağlamağa yaxındır

2 February 2026 at 15:10

“Qarabağ”ın transfer etməyə yaxın olduğu Jeremi Qnali ilə bağlayacağı müqavilənin müddəti məlum olub.

Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmış Ağdam klubu fransalı legionerlə iki illik anlaşıb. Anlaşmaya görə, müqavilə sonradan daha bir il uzadıla bilər. O. artıq Azərbaycana gəlib və bu gün tibbi baxışdan keçəcəyi ehtimal olunur.

Qnali 2024-cü ildən “AEK Larnaka”da çıxış edir. Sol cinah müdafiəçisi və vinger kimi də oynaya bilən Qnalinin klubu ilə yayadək müqaviləsi var.  Bu da “Qarabağ”ın işini asanlaşdıra bilər. Bu səbəbdən, Azərbaycan çempionunun təklif edəcəyi məbləğin kiprliləri razı salacağı gözlənilir.

Əslən Konqodan olan futbolçu Fransa vətəndaşıdır. Onun “transfermarkt”da bazar dəyəri 450 min avro göstərilib.

The post “Qarabağ” 450 min avroluq futbolçu ilə müqavilə bağlamağa yaxındır appeared first on Komanda.az.

❌
❌