Normal view

Today — 13 February 2026Main stream

Püşk dəyərləndirməsi: “Bizim üçün asan rəqib yoxdur”

13 February 2026 at 11:00

Azərbaycan yığması Millətlər Liqasının D Liqasının ikinci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq.

Ötən tsiklda Fernandu Santuşun rəhbərliyi altında C Liqasında uğursuz nəticələr yaşayan və D Liqasına düşən yığmanın budəfəki rəqibləri daha zəifdir. Yalnız Litva yığması aşağı-yuxarı milli ilə başa-baş mübarizə aparacaq gücdədir. Lixtenşteynlə oyunlarda isə 6 xal qazanmaq mütləqdir.

Millinin veteran futbolçuları “Futbolpress.az“a açıqlamasında püşkü dəyərləndirdi:

Şahin Diniyev: “Məqsəd birinci olmaq və C Liqasına yüksəlməkdir. Bərabərsəviyyəli rəqiblərdir. Bizim üçün asan rəqib yoxdur. D Liqasındayıqsa, deməli komandaların gücləri bərabərdir. Mütləq qrup birincisi olmalıyıq”.

Arif Əsədov: “Hər iki komandadan üstünük. Bu baxımdan ilk pilləni tutmaq gücündəyik və bunu etməliyik. Ümid edək ki, yaxşı hazırlaşar və yaxşı nəticələr əldə edərik. Düzdür, Litva yığması Lixtenşteyndən daha güclüdür. Amma bizə uyğundur və onları keçməliyik”.

Zaur Həşimov: “Daha əvvəl hər iki komandayla qarşılaşmışıq. Məqsəd C qrupuna yüksəlməkdir və şansımız böyükdür. Fikrimcə, millimiz bu tapşırığın öhdəsindən gələ biləcək. Xal hədəfimiz maksimum olmalıdır. Qrupda birinci olmaq üçün düşünürəm ki, 9-10 xal bəs edəcək”.

Şahin Cəfərov

❌
❌