Normal view

Yesterday — 22 February 2026Main stream

Camal Musiala Bundesliqada tarixi rekorda imza atdı

22 February 2026 at 11:00

Almaniya Bundesliqasının 23-cü turunun “Ayntrxt”la ev oyunu “Bayern”in futbolçusu Camal Musiala üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Bayern” Frankfurt təmsilçisi ilə görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.

Meydan sahiblərinin heyətində Harri Keyn dubl edib, daha bir qolu isə Aleksandar Pavloviç vurub.

Musiala isə bu oyunda iştirak etməklə Bundesliqadakı 100-cü qələbəsini qazanıb.

Almaniyalı futbolçu turnir tarixində bu nəticəyə çatan ən gənc oyunçu olub. Rekord zamanı o, 22 yaş 360 günlüyündə olub.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Musiala cari mövsümdə cəmi 8 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 215 oyun, 65 qol və 41 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 5 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 22 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

22 yaşında rekordçu oldu

22 February 2026 at 11:39

Almaniyalı futbolçu Camal Musiala “Bavariya”da 100-cü oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Bundesliqada XXIII turun “Ayntraxt”la matçı onun yubileyi olub.

Musiala “Bavariya” formasıyla 100 oyun sayına çatan ən gənc futbolçu adını qazanıb. Camal rekorda 22 yaş 360 günündə nail olub.

❌
❌