Normal view

Today — 10 March 2026Main stream

Rui Jorje – Azərbaycanın U-20 millisinin baş məşqçisi!

10 March 2026 at 17:30

Portuqaliyalı futbol mütəxəssisi Rui Jorje Azərbaycanın U-20 milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi postuna Rui Jorjenin namizədliyi müzakirə çıxarılmış və təsdiq edilmişdi.

Hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Rui Jorje müvafiq millinin baş məşqçisi postuna təyin olunub.

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.
Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq. Dəqiq tarix, vaxt və mətbuat konfransının keçiriləcəyi məkanla bağlı ictimayyətə məlumat veriləcək.

Qeyd edək ki, Rui Jorje məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.

2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorje 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Jorje Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Azərbaycanın U-20 millisi əcnəbiyə tapşırıldı – rəsmi

10 March 2026 at 17:27

Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, yığmanın “sükanı” Rui Jorjeyə tapşırılıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.

Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq. 

Qeyd edək ki, Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

❌
❌