Normal view

Yesterday — 4 May 2026Main stream

Azərbaycan komandası Avropa Kubokunda beşinci oldu

4 May 2026 at 09:25

Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Futbolpress.az xəbər verir ki, beynəlxalq turnirin son günündə Azərbaycan komandası daha 4 medal əldə edib. Ramazan Əhmədov (+100 kq) ikinci yeri tutaraq gümüş mükafatçı olub. Aslan Kotsoyev (-90 kq), Aysun Məmmədova (-52 kq) və Xədicə Qədəşova (-57 kq) isə bürünc medala sahib çıxıblar.

Xatırladaq ki, ilk yarış günündə Nihad Məmişov (-66 kq) qızıl, Ayxan Mirzəzadə (-60 kq) və Sadiq İsgəndərli (-66 kq) bürünc medal qazanmışdılar.

Beləliklə, Azərbaycan millisi turniri ümumilikdə 7 medalla (1 qızıl, 1 gümüş, 5 bürünc) başa vuraraq 27 ölkə arasında ümumi komanda hesabında 5-ci, kişilər arasında isə 3-cü pillədə tamamlayıb.

Before yesterdayMain stream

“Böyük Dəbilqə”: Uşanqi və Camaldan bürünc medal

3 May 2026 at 22:30

Azərbaycanın cüdo üzrə millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarışın son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+ 100 kq) və Uşanqi Kokauri (+100 kq) bürünc medal qazanıblar.

Kokauri həlledici görüşdə Özbəkistan idmançısı Muxammadkodir Mansurovu üstələyərək bürünc medala layiq görülüb.

Qamzatxanov isə üçüncü yer uğrunda görüşdə rumıniyalı Darius Dobreyə qalib gələrək bürünc mükafatın sahibi olub.

Bununla da yığmamız “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub. Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Xatırladaq ki, Azərbaycan yığma komandası Düşənbədəki yarışa 4 çəki dərəcəsində 6 cüdoçu ilə qatılmışdı.

Rəşid Məmmədəliyev “Böyük Dəbilqə”də 3-cü oldu

2 May 2026 at 17:30

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Tacikistanda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançımız bu gün üçüncü yer uğrunda görüşdə tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Rəşid Məmmədəliyev yarışda üçüncü yeri tutub.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər.

“Böyük Dəbilqə” mayın 3-də başa çatacaq. Sabah +100 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvləri Uşanqi Kokauri ilə Camal Qamzatxanov da mübarizəyə qoşulacaqlar. 1/8 finaldan mübarizəyə qoşulacaq Kokauri Mohammadpuria Banaeyan Tolki (İran), Qamzatxanov isə Yovan Pekoviçlə (Monteneqro) qarşılaşacaq.

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

30 April 2026 at 18:00

Mayın 1-3-də Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, mərasimdə idmançılarımızın da ilk rəqibləri bəlli olub.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.

“Böyük Dəbilqə”nin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 16:00-da start götürəcək.

60 kq
1/8 final. Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa)/Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə

66 kq
1/8 final. Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)
1/8 final. İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)

73 kq
1/8 final. Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan)/Vlad Mitru (Moldova) cütünün qalibi ilə

+100 kq
1/8 final. Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)
1/8 final. Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)

❌
❌