Normal view

Yesterday — 28 October 2025Main stream

Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”

28 October 2025 at 19:51

Azərbaycan Cüdo Federasiyası (ACF) paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla “Şəhər turu” həyata keçirib.

Komanda.az xəbər verir ki, 28 oktyabr – Ümumdünya Cüdo Günü ilə əlaqədar təşkil olunan turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.

Layihə cüdonun dəyərlərini – hörmət, cəsarət və dostluğu daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib. 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür. Cüdo hər kəsin əsl potensialını ortaya çıxara, özünü kəşf edə biləcəyi sistemdir.

Azərbaycanda cüdoya maraq sürətlə artır. Son illərdə idmançılarımız ən mötəbər arenalarda ölkəmizin bayrağını zirvəyə qaldırıb. Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya və dünya çempionlarımızın uğurları bütün ölkəyə böyük sevinc bəxş edib.

ACF-nin sistemli fəaliyyəti bu nailiyyətlərin əsasını təşkil edir. Regionlarda cüdonunun əhatə dairəsinin genişləndirilməsi, yeni təlim-məşq mərkəzlərinin istifadəyə verilməsi, məktəblilər üçün maarifləndirici kampaniyalar, məşqçi və hakimlər üçün ixtisasartırma proqramları, eləcə də inklüziv və kütləvilik yönümlü layihələr cüdonun ölkəmizdə davamlı inkişafına xüsusi töhfə verir.

The post Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu” appeared first on Komanda.az.

Before yesterdayMain stream

Bakıdakı dünya çempionatının tarixi dəyişdirildi

24 October 2025 at 13:00

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəyişdirilib. Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən məlumat verir. Yeni qərara əsasən, böyüklər arasında təşkil olunacaq bu mundial 2026-cı il oktyabrın 4-11-i aralığında baş tutacaq.

Source

Cüdo millimizdən Meksikada tarixi zəfər

20 October 2025 at 12:30

Cüdo üzrə Azərbaycan milli komandası Meksikanın Qvadalaxara şəhərində keçirilmiş qran-pri turnirində parlaq çıxışı ilə yadda qalıb.

Arena.az xəbər verir ki, bu yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunub. Cüdoçularımızdan 9-cu qran-prini medalla başa vurub.

İlk gündə tatamiyə çıxan 4 təmsilçimizdən üçü fəxri kürsüdə yer almağı bacarıb.

Balabəy Ağayev (-60 kq) və Ruslan Paşayev (-66 kq) bütün görüşlərdə qalib gələrək Dövlət Himnimizi səsləndiriblər. Cüdoçularımız final görüşlərində müvafiq olaraq Miçel Auqustu (Braziliya) və Lukas Sahanı (Finlandiya) məğlub edərək qızıl medal qazanıblar.

-60 kq çəki dərəcəsində yarışan digər idmançımız Əhməd Yusifov üçüncü yer yer uğrunda görüşdə fransalı Enzo Jandan üstün olaraq bürünc medala yiyələnib.

Turnirin ikinci günündə millimiz aktivinə daha 3 medal yazdırıb. Olimpiya çempionumuz Hidayət Heydərov (-73 kq) və -81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə bütün görüşlərdə qələbə qazanaraq Dünya Cüdo Turu Seriyasına daxil olan yarışda çempionluq sevinci yaşayıblar. Heydərov həlledici görüşdə çexiyalı Husniddin Karimovu, Qələndərzadə finlandiyalı Eetu İhanamakini məğlub edib. Rəşid Məmmədəliyev (-73 kq) isə beynəlxalq turnirin bürünc medalını boynundan asıb.

Sonuncu yarış günündə millimiz daha 3 medal – 2 qızıl və 1 bürünc medal qazanıb.

-100 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionu Zelim Kotsoyev və ən ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri (+100 kq) bütün görüşlərində qələbə qazanaraq çempion olublar. Kotsoyev finalda italiyalı Cennaro Pirelli, Kokauri isə ikiqat Olimpiya çempionu Lukaş Krpaleki (Çexiya) məğlub edib.

Bununla da, cüdoçularımız kişilərin yarışdığı 7 çəki dərəcəsinin 6-da qızıl medal qazanmaqla tarixi nəticəyə imza atıblar.

Ümumilikdə, Azərbaycan millisi qran-prini 6 qızıl və 3 bürünc medalla başa vuraraq 33 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.

The post Cüdo millimizdən Meksikada tarixi zəfər appeared first on ARENA.AZ.

❌
❌